Səudiyyə Ərəbistanı Həcc ziyarətilə bağlı gözlənilməz qərar verdi
Tarixdə ilk dəfə Həcc ziyarəti qismən təxirə salınıb.Səudiyyə Ərəbistanı hökuməti bu il Məkkəyə Həcc ziyarətinə gələn zəvvarların sayını azaltmaq istəyir. Ölkədən gələnlərin sayı yarıbayarı və xaricdən gələn zəvvarların sayı isə 20 faiz azaldılacaq.
Həcc naziri Bəndər Hədcarın sözlərinə görə, bu müvəqqəti qəbul edilmiş qərardır. Nazir zəvvarların sayının azaldımasını Məkkədə “Əl-Həram” məscidinin təmiri ilə əlaqələndirir.
Təmir işlərindən sonra məscidin ərazisi 400 min kv metr artırılacaq və 2,2 milyon insana eyni vaxtda xidmət göstərəcək.
Xatırladaq ki, ötən il Həcc ziyarətini 3,1 milyon insan ziyarət edib.
Sorğu
Yeni dizaynımız necədir?