GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?

Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?

Tarix: 6-10-2016, 11:41 Bölmə :Maraqlı Baxış: 1 303
Balıq mövsümü başladı; təzə balığı necə tanımalı?

"Hansı ayın adında "r" hərfi varsa, o ayda balıq yemək olar" kimi bir deyim formalaşıb. Düzdür, bu ruslardan gələn bir fikirdir. "R" hərfi "rıba"ya işarədir. Ancaq peşəkar balıqçılar deyirlər ki, balığı ilin 12 ayında yemək olar. Sadəcə, "r" hərfi olmayan isti yay aylarında balığı təzə-təzə, tutan kimi yemək lazımdır...

Amma bu bir reallıqdır ki, Azərbaycanda balıq mövsümü adətən sentyabrın sonlarından başlayır. Azərbaycan mətbəxində balıq önəmli bir yer tutur, məclislərdə, şadlıqlarda ən azı bir növ də olsa, balıq yeməyi süfrəyə qoyulur.

gundemxeber.az musavat.com-a istinadən bildirir ki, balıq mövsümünün başlamasını nəzərə alaraq balıqların qiyməti, keyfiyyəti ilə maraqlanmaq üçün "Yaşıl bazar"a üz tutduq. Burada sırf balıqlar üçün nəzərdə tutulmuş bölümdə həm göl, həm də dəniz balıqları satılırdı. Göl balıqları böyük akvariumda saxlanılır. Təbii ki, qiymətlər də balıqların növünə görə dəyişir. Ötən illə müqayisədə balıqların qiymətində 1-2 manat arası bahalaşma müşahidə edilir. Bir çox alıcılar balığın qiymətinin bahalaşmasının balıq mövsümünün yeni başlaması ilə əlaqəli olduğunu desə də, satıcılar bu fikirdə deyil. Satıcı İlham Novruzov qiymətlərin hava şəraitinə görə dəyişdiyini dedi: "Balıq elə bir şeydir ki, onun qiyməti hər gün dəyişə bilər. Bu gün baha gördüyünüz balığı sabah gəlib ucuz da görə bilərsiniz. Hava pis olanda balıq tutmaq çətin olur, əziyyət tələb edir. Ona görə də qiyməti dəyişir, baha ola bilər. Mülayim havada balıq nisbətən ucuz olur".

Balıqların qiyməti isə aşağıdakı kimi idi: Kilkə 2 manat 50 qəpik, "syomqa" 25 manat, sazan 6 manat, "Sibas Dorado" 17 manat, nərə 30 manat, berj 11 manat, forel 14 manat, xanı 5 manat, kütüm isə 7 manata satılırdı. Akvariumda diri balıqlar da satılırdı. Mağaza müdiri akvariumdakı balıqların Gürcüstandan gətirildiyini və göl balıqları olduğunu deyirdi: "Bu balıqlar göl balıqlarıdır. Dəniz balığı göl balığına nisbətən daha dadlı olur. Qiymətində də fərq var. Göl balığı nisbətən ucuz olur. Biz dəniz balıqlarını Nardarandan tuturuq. Xəzər balıqlarıdır. Balıq tutulub təmizləndisə, gərək yeyilsin. Səhər tutulan balıq mağazada axşamadək qala bilər. Bizim mağazamızda balıq qalmır. Alıcılarımız çoxdur. Çünki mağazamızdakı balıqlar həmişə təzə olur. Hamısı gündəlik tutulan balıqlardır. Hətta restoranlarda bizdən sifariş edib alırlar".

Keyfiyyətli, təzə balığı seçməyin yollarına gəlincə isə satıcı bunun üçün iki əsas məqama diqqət yetirməyin vacib olduğunu dedi: "Təzə balığın qulağı qırmızı, gözü isə şəffaf olmalıdır. Əgər balığın gözləri canlı, bayıra doğru çıxmış vəziyyətdədirsə, demək ki, təzədir. Balığın gözü ölü kimidirsə, demək ki, köhnədir. Alıcılara biz balıqları təmizləyib, duzlayıb veririk. Bu ayrıca pul hesablanmır. Hamısı balığın qiymətinin içində gedir".

Mütəxəssislər təzə balığı tanımağın daha bir neçə yolu olduğunu bildirirlər. Məsələn, balığın pulcuqlarına toxunun, canlı və parlaq olmalıdır. Toxunduğunuzda tökülməməlidir. Balığı əlinizlə qaldırdığınızda quyruğu əyilmədən dik şəkildə durursa, o balıq təzədir. Balıqdan dəniz qoxusu gəlirsə, təzədir. Balığın ətinə barmaqla basın və dərisi yenidən əvvəlki vəziyyətinə qayıda bilirsə, təzədir.

Bəzən alıcılar mağazalarda satılan buzlamış balıqları almağa ehtiyat edir. Bir neçə gün qalmış və buzlamış balıqların zərərli olduğunu düşünürlər. "Yaşıl bazar"da balıqsatan isə bu fikrin yanlış olduğunu dedi: "Marketlərdə satılan buzlamış balıqlar sağlamlığa zərərli deyil. Balığın saxlama temperaturu var. Əgər temperatur rejimi düzgün qurularsa, o balığı istənilən qədər saxlamaq olar".

Qeyd edək ki, balığı sentyabr ayından may ayınadək yemək olar.

Balıqçılar deyirlər ki, aylara, suyun hərarətinə görə müxtəlif növ balıqları tutmaq asandır. Məsələn, suyun hərarəti 28-29 dərəcə olanda suyun üzü kefal balıqları ilə dolu olur. Hazırda sazanla voblanın dövrüdür. Qışda isə karp, karas balıqları ovlanılır.

Balığın tərkibindəki zülal, D vitamini, fosfor və kalsium kimi maddələr insan orqanizmi üçün çox xeyirlidir. Hətta tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı baş verməsi faizi olduqca aşağıdır. Balıq həmçinin sümüklərin əriməsini əngəlləyir. Zehni açır, hafizə itkisi, unutqanlığa qarşı təsirli olur. Bundan başqa, saçları və dərini qidalandırır. Göz sağlamlığı üçün isə faydası danılmazdır. Sağlamlığa çox mühüm fayda verdiyi üçün mütəxəssislər balığın həftədə ən azı 2 dəfə yeyilməsinə diqqət çəkir. Ümumilikdə isə hər bir orta yaşlı insan il ərzində ən azı 15-20 kiloqram balıqdan istifadə etməlidir. Ancaq balığın bu özəlliklərindən faydalanmaq üçün təzəliyindən bişirilmə üsuluna, yanında nələr yeyilməsinə qədər bir çox nəsnəyə də diqqət etmək lazımdır.

Balığın yanında aruqula (roka) yemək olmaz. Rokanın tərkibində olan yüksək dəmir balıqla yeyildiyində kalsium miqdarını azaldır. Limonun tərkibindəki antioksidantlar və C vitamini balıqdakı Omega 3-ün bədəndəki istifadəsini artırır. Üzərinə bir neçə damcı limon sıxanda balığın zəhərləyici təsiri mövcuddursa, bədəndəki toksik təsirini azaldır. Proteinləri öldürənə qədər bişirməyin. Proteinlər istiliyə məruz qaldıqda yox olur. Başqa sözlə desək, balıqdakı proteinin bədən üçün heç bir faydası qalmır.

Buna görə buğlama, ya qrildə bişirilmə üsullarından istifadə edərək balığı azca sulu, çox qızartmadan bişirmək lazımdır. Şəkərli, kremli, lobyalı sousları balıqla istifadə etməyin. İstəsəniz, limonlu, tərəvəzli qarnirlərlə yeyə bilərsiniz. Belə balıq daha ləzzətli və sağlam olacaq. Ən doğru bişirilmə üsulu buxarda bişirməkdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Balıq yeyərək siqareti tərgidin

    Balıq yeyərək siqareti tərgidin ...

    22-11-2014, 23:39

  • 
  • Yarasa-balıq peyda oldu

    Yarasa-balıq peyda oldu ...

    22-10-2013, 22:38

  • 
  • Məhkəmə balıq qaçaqmalçılarını azadlığa buraxdı

    Məhkəmə balıq qaçaqmalçılarını azadlığa buraxdı ...

    26-11-2015, 16:40

  • 
  • Dalğalar 50 ton ölü balığı sahilə atdı

    Dalğalar 50 ton ölü balığı sahilə atdı ...

    2-09-2014, 12:47

  • 
  • Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb

    Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb ...

    11-01-2016, 13:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu