Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirli bilinən Hicran Ağayev və Azad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hər iki şəxs ölkə sərhədinə qaçaqmalçılıq yolu ilə nərə balığı gətirərkən saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?