Bəzən insanlar yanlış məlumatlara kor-koranə şəkildə inanırlar və bu məlumatlar tədricən doğru kimi qəbul edilir.
Trend əksəriyyətin inandığı, lakin heç bir həqiqətə söykənməyən bəzi məlumatları təqdim edir:
- "Ağıllı telefon"ları bütün gecə elektrik cərəyanına qoşulmuş vəziyyətdə saxlamaq batareyaya zərərlidir".
- "Çin səddi kosmosdan adi gözlə görünür".
Halbuki Çin səddi kosmosdan görünə biləcək qədər böyük deyil. Kosmodan yalnız işıqlar aydın görünür.
- "Timsah bizi qovarsa, xilas olmaq üçün ziqzaq formasında qaçmaq lazımdır". Timsahlar quruda nadir hallarda ov edir. Bir timsahın quruda maksimum sürəti saatda 15 km-dir.
- "İnsanlar beyinlərinin sadəcə 10 faizindən istifadə edirlər".
- "Buğaların qırmızı rəngdən xoşu gəlmir". Əslində isə buğaları matadorların hərəkətləri əsəbləşdirir.
- "İldırım eyni yerə iki dəfə düşə bilməz". İldırım eyni yerə dəfələrlə düşə bilər.
- "Özümüzü nasaz hiss edəndə C vitamini qəbul etsək, xəstələnmərik".
- "Yanacaqdoldurma stansiyalarında mobil telefondan istifadə etmək təhlükəlidir". Bu günə qədər YDM-lərdə mobil telefona görə hansısa partlayış və ya yanğın hadisəsi qeydə alınmayıb.
- "Suşi yaponca "çiy balıq" deməkdir". Suşi yaponca "duzlu düyü" mənasını verir.
- "Milçəyin ömrü 24 saatdır". Milçəklərin ömrü təxminən 1 aydır.
- "Günəş sistemində 9 planet var". Günəş sistemində 8 planet var. Pluton planet xüsusiyyətlərinə malik olmadığı üçün 2006-cı ildən planet sayılmır.
- "Dovşanların daha çox kökdən xoşu gəlir". Bu, sadəcə cizgi filmlərində belədir. Əslində dovşanlar daha çox göyərti yeməyi xoşlayır.
- Sezar salatının adı məşhur Roma imperatoru Yuli Sezarın adından götürülüb. Bu salatı 1924-cü ildə Sezar Kardini adlı italyan aşpaz hazırlayıb. Salat da aşpaza görə belə adlandırılıb.
- SOS sözünün mənası gəmilərin fövqəladə vəziyyətlərdə göndərdiyi "Save Our Ship" sözlərinin baş hərfləridir. Yəni "Gəmimizi xilas edin".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?