Opel şirkəti ikinci nəsil Insignia-nın sirrini açdı. Avtomobil hetçbek banında və Insignia Grand Sport adı ilə təqdim edildi. O, 2017-ci ilin martında Cenevrədəki avtosalonda ictimaiyyətə təqdim ediləcək. Hetçbek gələn ilin yay aylarında Avropada satışa çıxarılacaq. Yenilik xarici görünüşünə görə il yarım bundan əvvəl debüt etmiş konsept-kar Monza-ya bənzəyir. Onun əsas xüsusuiyyəti 32 dioddan ibarət olan və yolu 400 metr məsafədə işıqlandıra bilən IntelliLux faralarıdır.
gundemxeber.az auto.az-a istinadən bildirir ki, salonda tam yeni cihazlar paneli, Apple CarPlay və Android Auto-nu dəstəkləyən informasiya-əyləncə sistemi, o cümlədən Wi-Fi var. Bundan əlavə, smartfonlar üçün simsiz enerji doldurma yeri də peyda olub. Oturacaqlar massaj funksiyasına malikdir, ləvazimatlar siyahısına isə proyeksiyalı displey, adaptiv kruiz-kontrol, bir xətt üzrə hərəkəti saxlama və parketmədə yardımçı sistemlər daxildir.
Mühərriklər qammasına 4-silindrli benzin və dizel aqreqatlar daxil ediləcək. İlk olaraq 163 a.g. verən 1,5-litrlik benzin aqreqat. Bundan əlavə, 247 a.g. verən 2,0-litrlik aqreqat da olacaq. Müştərilərə, həmçinin 110-170 a.g.verən 1,6-litrlik CDTi mühərriki təklif ediləcək. Bütün mühərriklər yeni 8-pilləli avtomat sürət qutusu ilə birgə çalışır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?