Koreya istehsalçısı "Hyundai Santa Fe"-ni növbəti dəfə təkmilləşdirdi və onu Çikaqo avtosalonuna gətirdi. Frankfurt avtosalonu çərçivəsində Avropa bazarı üçün 2016-cı model ilinə məxsus təkmilləşdirilmiş "Santa Fe" debüt etdi, yarım il sonra isə "Hyundai" bu avtomobilin Amerika bazarı üçün 2017-ci model ilini təqdim etməyə hazırdır. Modelin qabaq hissəsi yenilənib, o, böyük radiator barmaqlığı və oxabənzər optika alıb. Qabaq bamperdə sonuncu model "Tucson"-un üslubunda olan diodlu işıqlar yerləşdirilib. Bundan əlavə, model yeni dizaynlı 17-, 18- və 19-düymlük təkər diskləri alıb.
gundemxeber.az auto.az-a istinadən bildirir ki, ABŞ üçün güc qurğusunun qamması dəyişilməz qalıb, lakin "Hyundai" hərəkət rejimlərini seçmək hüququ verir: "Sport", "Eco" və "Normal". Əvvəl də olduğu kimi, "Santa Fe" 185-güclü 2,4-litrlik, 245-güclü 2,0-litrlik turbo və 290-güclü 3,3-litrlik V6 mühərrikləri ilə təchiz edilə bilər. Son mühərrik yalnız 7-yerlik model üçün nəzərdə tutulub.
İstehsalçının sözlərinə görə, 2017-ci model ilinə məxsus "Hyundai Santa Fe" artıq dillerlərə başlanğıc qiyməti 25320 dollar olmaqla çatdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?