Etibarlı mənbələrdən daxil olan xəbərlərdə qeyd olunur ki, Azərbaycanda din pərdəsi adı altında yeni ekstremist qruplaşma yaradılıb. Məlumatda vurğulanır ki, dini qruplaşma artıq yeni mərhələyə başladığından, bölgələrdə özünə və ideyasına tabe olanları həm seçir, həm də təyin edir. Bakıdakı məscidlərdə isə, gizli adamlarını təyin edir və ideyalarını din pərdəsi adı altında təbliğ edirlər. Mənbə onu da vurğulayır ki, bu dini qrup dini zəmində qarşıdurma, dindarların pozucu fəaliyyətlərə cəlb olunmaları üçün, aşağıdakı radikal fikirləri təbliğ etdirir.
1.İlham Əliyev hakimiyyəti kafirdir. 2.Azərbaycan darul kufr(küfr ölkəsidir). 3.Güclü olduğumuzdan dövlətə qarşı silahlı üsyan etmək icazəlidir. 4.Bizə qarşı olanları öldürmək və döymək olar. 5.Suriyada “Ceyşul İslam” silahlı dəstəsi düz yoldadır və cihad edir. “Ceyşul İslam” İslam qardaşlarımızdır. Məlumatlara görə, dini qurumun lideri adını açıqlamasa da, Çeçen muzdlularının “Qafqaz İslam Əmirliyi” tipli qruplaşmasını ölkəmizdə təsis edir. Dini qruplaşmanın Talış dağlarında və Balakən bölgəsində silahlı bazalarının olması da, sızdırılan məlumatlar sırasındadır. Ümumiyyətlə, belə bir informasiyanın yayılması “Gündəm Xəbər” olaraq bizi çox götür-qoy etməyə vadar etdi. Belə bir səbəb üzündən də, informasiyanın dərc olunması qərarına gəldik. Çünki, ölkəmizdə sabitlik bizim üçün də olduqca önəm daşıyır. Yəqin ki, informasiyanın dərcindən sonra dövlətimizin aidiyyəti qurumları bu yöndə fəaliyyətini davam etdirib, ümumi vəziyyətə nəzarətlərini gücləndirəcəklər. Hər halda yuxarıda qeyd olunan məlumatlar mahiyyət etibarilə xoşməramlı məlumat deyil və xalqımıza qarşı hansısa təhlükəyə də səbəb ola bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?