GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 2016: Məişət zorakılığı qurbanları

2016: Məişət zorakılığı qurbanları

Tarix: 29-12-2016, 21:07 Bölmə :Maraqlı Baxış: 631
2016: Məişət zorakılığı qurbanları

Məişət zorakılığı zəminində 2 qadın qətlə yetirlidi. Hər iki qadın azyaşlı uşaq anası idi. Qətlə yetirilənlərdən biri Qəbələ rayonunun Kürd kəndinin, digəri isə Sabirabad rayonunun Balakənd kənd sakini idi. Gətirilən örnəklər 2016-cı il ərizində müxtəlif vaxtlarda öldürülən məişət zorakılığı qurbanlarıdı.

Qısqanclıq - qadın qətllərinin motivi

“Qara” statistikaya baxsaq, 2016-cı ildə 422 məişət zorakılığı hadisəsinin baş verdiyini görərik. Və elə ən qəddar qətllər də bəlkə 2016-nın payına düşür. Tovuz avtovağzalında insanların gözü önündə bıçaqlanaraq, baş kəsilən qadının internetdə dolaşan ölüm səhnəsi də bunu göstərir.

Öldürülən qadınların çoxu ana olub. Qətllərin tədqiqi onu göstərir ki, qadınlar əsasən qısqanclıq zəminində öldürülüb. Onlar sağlığında ailəsə təhdidlərlə üzləşiblər. Qanuna əli çatmayan qadınlar köməksiz vəziyyətdə öldürülüb.

Qorxunc qətl hekayətləri

Qəbələ rayonunun Kürd kəndində 1985-ci il təvəllüdlü Xəyal Verdiyev ailə münaqişəsi zəminində 25 yaşlı həyat yoldaşı Səbinə Verdiyevanı qətlə yetirib. Üç uşaq anası olan Səbinənin hansı səbəbdən öldürüldüyü məlum deyil. Hüquq-mühafizə orqanları hadisəni törədən əri saxlayıb.

Səbinə Verdiyevanın nikahdan 3 uşağı var. Səbinənin ailəsi onun öldürülərkən 4-cü uşağa hamilə olduğunu da deyiblər. Ata Məzahir Cabbarovun sözlərinə görə, qızının uşaqları hazırda anası öldürülən evdə yaşayır.

“Ailə, Qadın və Uşaq Problemləri Komitəsindən maraqlandılar. Mən onlara, hər yerə zəng elədim. Komitədən Asif müəllimlə danışdım. Dedim ki, o uşaqlar orada qala bilməz. O uşaqlar psixoloji travma alıblar. Onların gözünün qabağında anaları ölüb, daha doğrusu, öldürülüb. Dedilər ki, “yox, olmaz”. Nə vaxt ki, öldürənin məhkəməsi olacaq, orda guya məhkəmə qətnamə çıxarmalıdır. Ola bilər o məhkəmə dörd ay, yeddi ay da uzandı. Mən inanmıram. O uşaqları oradan çıxara bilmirəm”, qətlə yetirilən Səbinənin atası deyir.

Kasıblığı ucbatından vəkil tuta bilmyən ata deyir ki, həm qızının işini izləmək, həm də nəvələrini himayəsinə almaq üçün vəkil tutmaq istəyir, ancaq pulu yoxdu.

“Biz heç nə edə bilmirik. Onu eşidirik ki, böyük oğlunu sistemə aparıblar, ortancıl qızı anasına çox bağlı idi. Onu müalicəyə aparırlar. Mən ilk gündən uşaqları istəyirəm. Onlar mənim qızımın parçalarıdır. Mənə deyirlər ki, sən kasıbsan. Kasıb da olsam, mənim evimdə anaları öldürülməyib. Mən vəkil tuta bilmirəm. Mənim gücüm ancaq oturub bu faciəyə ağlamağa çatır”...

2016-cı ilin səhifələrinə başqa bir qorxunc qadın cinayəti Sabirabad rayonunun Balakənd kəndində yazılıb. Qətlə yetirilən 32 yaşlı Şəmsiyyə bir neçə il öncə ərindən ayrılıb və ata evinə qayıdıb. Bir müddətdən sonra qardaşı Məhəmməd Hüseynov bacısı barəsində xoşagəlməz sözlər eşidib və onu öldürmək qərarına gəlib. Öldürülən qadının iki azyaşlı övladı yetim qalıb.

Ailənin yaxınlarının sözlərinə görə, onlar heç kimdən dəstək görməyiblər. Şəmsiyyənin uşaqlarını isə atası öz yanına aparıb...

İlin “qara statistikası”

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım (QTSPHY) İB-nin rəhbəri Zenfira Mustafayeva deyir ki, il boyunca qadinlara qarşi məişət zəminində 422 cinayət faktı qeydə alınıb. Nəticədə 361 sağlamlığına yüngül ziyan vurma hadisəsi baş verib. Səkkiz qadın öldürülüb. Bundan başqa, 4 qadının sağlamlığına ağır, 25 qadının sağlamlığına az ağır zərbə vurulub. Son ilin 6 ayı ərzində 6 qadın öldürülüb. Səbəblər ailələrin psixoloji vəziyyəti, sosial problemlər, iqtisadi durum, erkən nikahlar, zərərli vərdişlər, kənar müdaxilələr və sairdir.

Onun sözlərinə görə, Məişət Zorakılığı Haqda qanun 2010-cu ildə qəbul edilsə də bu, qanunvericiliyin təbliği yerlərdə yetərincə aparılmır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yerlərdə Məişət Zorakılığı üzrə Monitorinq Qrupu yaradıb.

“Təəssüf ki, icmalardan heç kim orda təmsil olunmayıb. Problemli ailələr haqda məlumatı əslində təhsildə psixoloqlar, sinif rəhbərləri, məktəb direktorları daha tez verə bilər. Bu ailələr risq qrupuna aiddirlər. Sahə müvəkkilləri, bağça əməkdaşları və s. məlumatlı olmalıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Elgün Səfərov isə deyib ki, zorakılıq hallarının aradan qaldırılması üçün addımların atılması və qadınların hüquqi müdafiəsi üçün siyasi dəstək var. Məişət zorakılığı istiqamətində yeni Milli Fəalliyyət Planı da hazırlanıb.

"Rayon icra hakimiyyətlərində xüsusi monitorinq komissiyaları yaradılıb. Bu gün zorakılıq baş vermiş ailələri nəzarətdə saxlamaq üçün müvafiq addımlar atırlar”.

Qadınlara dəstək mərkəzlərinə gələn yoxdu...

AQUPDK-nın yerlərdə 11 mərkəzi fəaliyyət göstərir. Qadın və Uşaqlara Dəstək Mərkəzlərinin komitənin saytında ünvanları və əlaqə nömrələri də verilib.

Həmin mərkəzlərdən birinə - Sabirabadda yerləşən mərkəzə baş çəkdik.

İçəri isti və sakitlik idi. Mərkəzin işçiləri direktorları Ruhəngiz xanımın səfərdə olduğunu dedilər. Kimlə işlədiklərini, mərkəzə əsasən kimlərin gəldiyini soruşduqda isə yeni işçi olduğunu deyən mərkəz əməkdaşı 2 ayda heç kimin gəlmədiyini söylədi.

“Mən könüllü olaraq öz xidmətlərimi təklif etdim. Bir neçə beynəlxalq təşkilatlarin maliyyə dəstəyi ilə yerlərdə qadın resurs mərkəzləri və müxtəlif tədbirləri keçirilir. Qadın hüquqları sahəsində çalışan QHT-lər bu problemin həlli istiqamətində maliyyədən asılı olmadan daha aktiv olmalıdırlar”, Zenfira Mustafayeva deyir.

Məişət zorakılığına məruz qalan qadınların xarici ölkələrdə mühafizəsi əsasən dövlətin himayəsində olan sığınacaqlara yerləşdirilməklə təmin olunur. Z.Mustafayeva deyir ki, sığınacaqların və mərkəzlərin azlığı, mühafizə orderinin işlək olmaması ciddi problemlərdəndir: “Olan sığınacaqlar da insan alveri qurbanları üçündür. Lakin bu sığınacaqlara məişət zorakılığına məruz qalmış qadınlar potensial qurban kimi yerləşdirilir. Bu da müəyyən problemlər yaradır. Məişət zorakılığına məruz qalmış qadınların işlə təmin olunmasında, müəyyən kurslara yonəldilməsində də problemlər var. Sosial və məişət xarakterli problemlərini həll edirlər. Bizə gəldikdə pulsuz olaraq hüquqi, psixoloji və sosial problemlərini həll etməyə calışırıq”.

Sumqayıt şəhərində fəaliyyət göstərən birliyə il ərzində 37 qadın müraciət edib. Onlardan ikisi uşaq olub.

“14 yaşlı oğlan uşağı içki düşkünü olan atası tərəfindən fiziki zorakılığa məruz qalırdı. Təhsildən yayınırdı. Anasını qoruduğu üçün ona da işgəncə verirdi. Mühafizə orderi ücün icra hakimiyyətinə müraciət etdik və onu 30 günlük, yəni qısamüddətli mühafizə orderi alaraq müalicəyə göndərdik. Dediklərinə görə, indi hər şey normaldır. İcra hakimiyyəti yaşadıqları evi də təmir etdi və daimi nəzarətdə saxlayır. Polisdə isə məişət zorakılığı ilə bağlı 85 fakt üzrə cinayət işi açılıb” - deyir Z.Mustafayeva.

BMT-nin tövsiyyələri

Birləşmiş Millətlər Təşkilatı hesab edir ki, Azərbaycanda qadınlara qarşı zorakılıq var, məişət zorakılığı xüsusilə ciddidir və bunlara tez-tez yol verilir. BMT-nin sonuncu hesabatında vurğulanırdı ki, mövcud qanunvericilik qadınları gərəkli səviyyədə mühafizə etmir - məhkəmə ədalətli araşdırmır, adətən barışdırır - cinsi təcavüzə qadağalar gərəkli qədər səmərəli deyil - zorakılıq qurbanlarına dövlətin yardım xidmətləri məhduddur, bu sahə QHT-lərdən asılıb-qalıb...

BMT tövsiyyə edir ki:

“Dövlət qadınlara qarşı zorakılığın bütün formalarının qarşısını almaq, onunla mübarizə aparmaq üçün öz səylərini gücləndirməlidir. Məişət zorakılığı, cinsi təcavüzün aydın qanunlarla cinayət sayılmasını, habelə onun səmərəli işləyişini təmin etməli, qurbanların müdafiəsi üçün səmərəli mexanizm yaratmalı, hüquq-mühafizə orqanlarını məişət zorakılığı halları ilə bağlı hesabatlılığa təşviq etməli, eyni zamanda təlimləndirməlidir. Həm qadınlar, həm zorakılıqla mübarizə aparanlar üçün bütün zorakılıq hallarının dərhal və hərtərəfli araşdırılması, günahkarların məsuliyyətə cəlb olunması təmin olunmalıdır”.

Aytən Fərhadova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anası öldürülən uşaqlara dövlət sahib çıxdı

    Anası öldürülən uşaqlara dövlət sahib çıxdı ...

    10-11-2016, 14:43

  • 
  • Ermənistanda qadın zorakılığına qarşı aksiya keçirildi

    Ermənistanda qadın zorakılığına qarşı aksiya ...

    1-10-2015, 23:15

  • 
  • Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə öldürülüb

    Sumqayıtda 45 yaşlı qadın kirayədə qaldığı evdə ...

    26-09-2013, 11:21

  • 
  • 40 uşağın məişət zorakılığına məruz qaldığı müəyyən edilib

    40 uşağın məişət zorakılığına məruz qaldığı ...

    30-07-2013, 15:46

  • 
  • Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü

    Bakıda DƏHŞƏTLİ qətl - Qardaş bacısını öldürdü ...

    7-04-2016, 11:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu