Bakıda qətl hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1945-ci il təvəllüdlü Ceyhun Hüseyn oğlu Qulamov aralarında yaranan şəxsi mübahisə zəminində bacısı, 1935-ci il təvəllüdlü Arifə Hüseyn qızı Qulamovaya baş nahiyəsindən küt alətlə vurub. 81 yaşlı qadın aldığı xəsarətdən dünyasını dəyişib.
Bacısının öldüyünü görən 71 yaşlı kişi daha sonra hər iki biləyini kəsərək özünə xəsarət yetirib. Özünə qəsd etmək istəyən şəxs dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. C.Qulamov hazırda polis nəzarətindədir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Hadisənin dəqiq başvermə səbəbləri hələlik bilinmir.
Qardaşın öz bacısını qətlə yetirdiyi sonuncu fakt mart ayında Sabirabad rayonunda qeydə alınıb. Rayonun Qalağayın kəndində 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranan mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Famil İbişovun psixoloji problemləri olduğu bildirilirdi.
Dünyasını dəyişən qadın ailəli olub və bir müddət əvvəl boşanaraq ata evinə qayıdıbmış.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?