Zorakılq deyəndə ağıla daha çox qadınlar və uşaqlar gəlsə də azərbaycanda kişilər arasında da zorakılığa məruz qalanlar az deyil. Bunu statistik rəqəmlər də sübut edir. Kişilərin 15 faizi məişət zorakılığına məruz qalır. Bəs kişilər görəsən kişilər əsasən necə zorakılıq halları ilə üzləşirlər.
İnandırıcı gəlməsə də ölkədə zorakılığa məruz qalan kişilərin sayı xeyli çoxdur.
Tədqiqat göstərir ki, Azərbaycanda kişilərin 15 faizi məişət zorakılığına məruz qalır. Son iki ildə zorakılığına məruz qalan kişilərin 9,2 faizi yetkinlik yaşına çatmayanlar, 3,2 faizi qocalar, 2,1 faizi isə 25-45 yaşlı kişilərdir.
gundemxeber.az xezerxeber.az-a istinadən bildirir ki, komitə rəsmisinin sözlərinə görə qadınlar əsasən fiziki zorakılığa məruz qalsalar da, kişilərdə bu belə deyil. Kişilərə qarşı daha çox psixoloji zorakılıq törədilir. 25-34 yaşlı kişilər əsasən psixoloji zorakılığa məruz qalırlar.
Nəticələr göstərir ki, qadınları kişilərə qarşı zorakılıq törətməyə vadar edən əsas səbəb elə kişilərin özləridir. Bunun da sonu daha çox cinayətlə bitir.
Qadınlar kimi zorakılığa məruz qalan kişilərlə ilk öncə psixoloji yardımlar aparılır onlarla fərdi işlər görülür.
Ümumiyyətlə məişət zorakılığına ən çox məruz qalanlar valideyn himayəsindən məhrum olan uşaqlar və evdar qadınlardır. Məişət zorakılığına məruz qalan şəxslərin 74,3 faizi evli, 25,7 faizi subaydır.
Sorğu
Yeni dizaynımız necədir?