Rəssam Guido van Helten Avropa və ABŞ-dakı şəhərlərdə böyük binalara nəhəng şəkillər çəkməklə məşhurlaşan bir sənətçi.
Avstraliyanın cənubundakı yalnız 200 əhalisi olan Coonalpin qəsəbəsində hamının marağını çəkən şəxsdir Guido van Helten.
Helten BBC-yə açıqlamasında “Bura Adelaide və Melburn arasındakı şose üzərində olan kiçik bir qəsəbədir, insanlar böyük ehtimalla adına belə diqqət etmədən buradan keçir” deyir. Rəsm çəkilən nöqtədə açılan kafe qəsəbədə illərdir açılan ilk yeni obyektdir. İş başında sənətçinin fotoşəkillərini çəkərək gün keçirən təqaüdçü bir yük maşını sürücüsü də qəsəbəsində məşhur olub.
Bir layihəsində qəsəbə sakinləri bir şəklin Viktoriyadakı Brim qəsəbəsinə gələn ziyarətçilərin sayını artırmasından sonra Guido van Heltendən yeni rəsm çəkməsini istəmişlər. Helten “Mənə ən çox zövq verən layihələrimizdən biriydi, çünki nə etdiyimi birbaşa görə bildim, bir fərq yarada bilmiştim və bunu heç gözləmirdim” deyir.
Heltenin sonrakı dayanacağı Cənubi Avstraliyadakı aborgen qəsəbəsi Raukkan olacaq. O daha sonra Dubay və Naşvilliyə keçəcək.
Sorğu
Yeni dizaynımız necədir?