Müğənninin milyonlarla pul xərclədiyi rəsm əsərləri saxta çıxıb
Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş fırıldağın qurbanı olub. “Habertürk” qəzetinə istinadən xəbərə görə müğənninin yeni qəsri üçün aldığı bahalı rəsm əsərləri və əntiq əşyalar saxta çıxıb. Məlumata görə, Gündeş keçən il İstanbul boğazının sahilində aldığı qəsrdə dekorasiya işləri aparmaq üçün bahalı rəsm əsərləri və əntiq əşyalar alıb.
Müğənninin sadəcə 13 rəsm əsəri üçün 7 milyon lirə (2 milyon 971 min manat) xərclədiyi bildirilir. Ebru Gündeşin ailə dostu olan bir nəfər isə rəsm əsərlərindən 12-nin saxta olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?