Həzrət Peyğəmbər (s) buyurur: "Ey müsəlmanlar! Qollarınızı çırmalayın ki, ciddi iş vardır. Hazır olun ki, getmək tezliklədir. Azuqə götürün ki, yol uzundur".
Əmirəl-möminin (ə) buyurur: "Eşq olsun sizə çalışmaq, hazırlaşmaq, dünya sarayından azuqə götürməyə görə". Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: "Mən bu bir neçə ildə bir dəfə sizin xidmətinizə gələ bilirəm. Mənə elə bir nəsihət verin ki, həyatımda istifadə edim". Həzrət (ə) ona buyurur: "Sənə İlahi təqvanı, dindarlığı və səy göstərməyi (icdihadı) tövsiyə edirəm". İcdihad dedikdə məqsəd İlahi hökmü əldə etmək üçün elmi səy göstərmək nəzərdə tutulur. (Tebyan) gundemxeber.az deyerler.org-a istinadən bildirir ki, Əllamə Məclisi bu haqda yazır: "Təvqa - yəni haramları tərk etmək. Dindarlıq - yəni şübhəli məsələləri tərk etmək. İcdihad - yəni itaəti yerinə yetirmək üçün səy göstərməkdir". Əgər icdihadı dəqiq mənalandırmaq istəsək deyərik ki, icdihad - Allahın itaətini vacibat və müstəhəbatla bağlı yerinə yetirmək üçün səy göstərməkdir. Beləliklə, İmam Sadiq (ə) həmin şəxsə tövsiyə verir ki, haramları tərk etməkdə və məkruhlardan uzaq olmaq üçün və vacibatları və müstəhəbləri yerinə yetirmək üçün səy göstərsin. İmam (ə) bu hədisin davamında o şəxsə buyurur: "O icdihadda ki, günahı tərk etmək yoxdur - fayda verməz". İmam Baqir (ə) Allah Təalanın dilindən buyurur: "Ey Adəmizad! Əgər sənə haram etdiklərimdən çəkinsən, ən dindar insan olarsan". Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, dindar insan kimdir? Həzrət (ə) buyurur: "O kəs ki, İlahi haramlardan uzaq olar". Beləliklə deyə bilərik ki, insan əgər cavidan behiştə getmək istəyirsə, gərək iki iş görsün: vacibatları və müstəhəbləri yerinə yetirsin və haramları və məkruhları tərk etsin. İnsanın özünü tərbiyə etməsində haramlardan çəkinməyin xüsusi əhəmiyyəti vardır. Çünki insan haramlardan nə qədər çox çəkinərsə, vacibatları və müstəhəbləri yerinə yetirməyə daha çox can atacaqdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?