Son zamanların ən populyar oyuncağı olan stress çarxı dünya səviyyəsində rekord həddə satılmağa başlayıb. Amma nədənsə stress çarxını icad edən şəxs bundan qazanc əldə edə bilmir. Tək və ya cüt əllə çevrilən bu oyuncağın maraqlı tərəfi qısa müddətdə dünya səviyyəsində populyar olmağındadır.
gundemxeber.az modern.az-a istinadən xəbər verir ki, ilk stress çarxı 1997-ci ildə ABŞ-ın Florida ştatında yaşayan Catherine Hettinger tərəfindən icad edilib. Belə ki, keçirdiyi sarsıntı səbəbilə qızına zaman ayıra bilməyən qadın, stress çarxını icad edərək onun daha səmərəli vaxt keçirməsini hədəfləyib.
Qadın oyuncağın patentini almağı da unutmayıb. Amma təəssüf ki, Catherine Hettingerin 2005-ci ildə vaxtı tamamlanan patenti yeniləmək üçün maddi vəsaiti olmayıb. Hettinger ödəyə bilmədiyi təxminən 400 dollara görə, hazırda bir qəpik qazanc yiyəsi olmur.
Hətta sosial vəziyyətinin ağırlığı səbəbindən daha kiçik evə köçməyi düşünən qadın patent almadığı üçün heyflənmədiyini də açıqlayıb.
Sorğu
Yeni dizaynımız necədir?