Qadın ləvazimatının reklamı qəddar kadrlarla müşayiət olunub İnternetdə rus dilində səsləndirilən və qəddar kadrları olan “Tampax” reklamının videoçarxı Qərb ölkələrində şok yaradıb. Qadın ləvazimatının reklamı qəddar kadrlarla müşayiət olunur.
Bu reklam ABŞ-ın “Huffington Post” qəzetinin jurnalistlərinə o dərəcədə təsir edib ki, onlar hətta bununla bağlı sorğu da keçirmək qərarına gəliblər.
Əslində isə tamponların belə bir reklamı Rusiyada çəkilməyib. İnternetə düşən amerikanlıların “Movie 43” komediyasının rus dilinə tərcümə edilən variantıdır. “YouTube”a niyə məhz rus dilinə tərcümə olunan variantın yüklənməsi isə məlum deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?