GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Təhsil xərçəngi

Təhsil xərçəngi

Tarix: 21-05-2013, 00:21 Bölmə :Maraqlı Baxış: 996
Təhsil xərçəngi
Mərdanov getsə də, «koska»sı hələ də fəaliyyətdədir!

Hörmətli oxucularım xatırlayar ki, mən hələ bir neçə ay bundan əvvəl təhsil naziri cənab Misir Mərdanova «əlvida» demişdim (bir sıra elektron KİV-də dərc olunmuş «Misir ağa, davay do svidaniya» şerini xatırlayın).O zaman şerə şərh yazan bir xanım mənə irad tutmuşdu. Yazmışdı ki, ay Mirzə, sən Mərdanova «do svidaniya» deyirsən, amma o, getmək fikrində deyil axı - hələ çox işlər görmək əzmindədir. Mən də yazdım ki, bilirəm xanım, özü getməyəcək, onu aparacaqlar! Təəssüf ki, sonradan yanıldığımı anladım - Mərdanovu «aparmadılar», əksinə, Azərbaycanın acığına, onu Riyaziyyat İnstitutuna direktor qoyub, hələ bir elmi şuraya sədr də seçdirdilər. İndi fürsət düşmüşkən, bu «yanlış»ıma görə hörmətli oxucularımdan və həmin xanımdan üzr istəyirəm! Görünür ki, Mərdanov tez-tez «naziri prezident təyin və azad edir» fikrini təkrarlamaqla, demək istəyirmiş ki, mən tək deyiləm -məndən qüdrətli «şərik»lərim var...
«Əlvida» deyərkən, heç də düşünmürdüm ki, M.Mərdanov gedən kimi təhsil sistemində hər şey qısa müddətdə düzələcək - bu, sadəlövhlük olardı. Çünki Mərdanov ünvanlı nazir ölkənin təhsil sistemində çox çevik-mobil bir «koska» yaratmışdı(mafiyanın jarqon sözüdür - müəyyən məkanda bir neçə mafiya «ailə»sini birləşdirir). Sistem üzrə cari vəziyyəti pozitivə doğru dəyişmək üçün gərək idi ki, həmin «koska»nın fəaliyyətinə birdəfəlik xitam verilsin. Ümudliyəm ki, bu, belə də olacaq, çünki atalar demiş «qaradan artıq qara olmaz».
Bununla belə, böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Mərdanov «koska»sı hələ də öz dağıdıcı fəaliyyətini böyük müvəffəqiyyətlə davam etdirməkdədir. Bu da başa düşüləndir - görünür, bu «şayka» artıq son günlərini yaşadığını anlayır. Fəqət, onların fəaliyyətdə olduğu hər bir gün Azərbaycanın təhsil sisteminə öldürücü zərbə vurur, sahə üzrə proqresi onillərlə geriyə atır! Bunun fərqində olmaq gərəkdir!
Bu günlərdə Təhsil Problemləri İnstitutunun (TPİ) rəbərliyi ilə müstəqil ekspert Əlövsət Osmanlı arasında yaşanan biabırçı olay yazdıqlarıma parlaq misal ola bilər. Ə.Osmanlı riyaziyyat üzrə kurikulum («kukarekulum» yox ha!) deyilən «naməlum»un müzakirəyə çıxarılmasını tələb edərkən, açıq şəkildə, «burada mindən çox səhv var» deyərək, hər cür keyfiyyətdən uzaq bu zay məhsula barmaq tuşlayır, TPİ-nun rəhbərliyi (şəxsən Abdulla Mehrabov) isə diqqəti müzakirədən, deməli «min səhv»dən yayındırmaq istiqamətində hər cür məzhəkəyə baş vurur, həm də bundan heç utanıb-çəkinmir! Amma əksinə olmalı idi - TPİ və ümumilikdə, Təhsil Nazirliyi Əlövsət Osmanlıya təşəkkür etməli idi ki, kişi öz qiymətli vaxtını sərf edib, onların ortaya qoyduğu «zay»ı müzakirə etmək istəyir. Bu, bircə şərtlə olardı - TPİ və Təhsil Nazirliyinin məsul işçiləri həmin «zay»ın ərsəyə gəlməsində və bu zaman baş vermiş kriminal çalışmada iştirakçı olmayaydı! Təəssüf ki, cərəyan edənlər bunun əksini ortaya qoyur...
M.Mərdanova «əlvida» deyərkən, anlayırdım ki, təkcə onun getməsilə heç nə dəyişməyəcək. Amma bu, bir başlanğıc ola bilərdi və ola bilər. Bilirdim ki, Mərdanov gedəndən sonra da Təhsil Nazirliyi adlanan bu struktur gündə üç dəfə suya girib, qüsl etsə də, onun kabinet və dəhlizlərini sarmış «bataqlıq üfunəti» çəkilib gedəsi deyil. Gərəkdir ki, bu üfunətin mənbələri sözügedən məkandan uzaqlaşdırılsın...
Nadir İsrafilov bir neçə gün öncə dərc olunan yazısında bildirir: «Məktəblərdə baş verən bu cör olaylarda valideynləri suclayan, həmişə təhsilimizdə hər şeyin əliyül-əla olduğunu deyən, yetənə yetib, yetməyənə daş atan Bayram Hüseynzadə hələ də öz yerindədir. Özü də Təhsil Nazirliyi sistemində iki məsul vəzifə daşıyır».
Yuxarıdakı abzasda barmaq tuşladığım ünvanlardan biri, hətta ən «görkəmlisi» elə həmin Bayram Hüseynzadədir! Onun naqis fəaliyyəti barədə ən müxtəlif səviyyələrdə, qədərindən də artıq deyilib, yazılıb. Bu şəxs Təhsil Nazirliyindən və qəzet redaktorluğundan tamamilə uzaqlaşdırılmayınca, geniş ictimaiyyətə, ayrı-ayrı görkəmli şəxslərin ünvanına hədyanlar «püskürmək»dən əl götürməyəcək! Nədən ki, «xəmiri belə yoğrulub»...
İnanıram ki, hörmətli M.Cabbarov bütün bunların fərqində olacaq - Təhsil Nazirliyi ilə Azərbaycan cəmiyyəti arasında sağlam-konstruktiv, qarşılıqlı hörmətə söykənən əməkdaşlığın əsasını qoymaq yolunda ilk növbədə, Bayram Hüseynzadəni «yola salacaq».

Mirzə AĞ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanova yeni vəzifə verildi

    Misir Mərdanova yeni vəzifə verildi ...

    29-04-2013, 17:15

  • 
  • Misir Mərdanova daha bir vəzifə verildi

    Misir Mərdanova daha bir vəzifə verildi ...

    8-11-2013, 14:54

  • 
  • Misir Mərdanov valideynlərə müraciət etdi

    Misir Mərdanov valideynlərə müraciət etdi ...

    18-12-2012, 13:42

  • 
  • Misir Mərdanov: "Nə qədər ayağımın altını qazsalar da, yıxılmaram"

    Misir Mərdanov: "Nə qədər ayağımın altını ...

    1-04-2015, 14:35

  • 
  • "Misir Mərdanov özbaşınalıqlarla bağlı etdiyim müraciətlərə qeyri-adekvat cavablar verirdi"

    "Misir Mərdanov özbaşınalıqlarla bağlı ...

    16-12-2015, 21:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu