Təhsil Naziri nazir orta məktəblərdə şagirdlərdən pul yığılması hallarından narazılıq edən valideynlərə müraciət edib. Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, valideynlər orta məktəblərdə şagirdlərdən pul yığılması halları ilə bağlı birbaşa mənə müraciət etsinlər.
“Mənim internet ünvanım daim açıqdır. Belə hadisələr barədə məlumat eşidən kimi, mən onların qarşısını dərhal alıram. Mən bir daha elan edirəm ki, məktəblərin tikintisi, təmiri də Prezidentin diqqəti və qayğısı sayəsində dövlət tərəfindən ödənilir. Şagirdlərdən hər hansı vəsaitin tələb edilməsinə heç kimin haqqı yoxdur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?