Türkiyədə milyonlarla vətəndaşın aktiv olaraq izlədiyii "Intagram"dakı bir səhifə iki milyon lirəyə (təxminən bir milyon manata) satılıb.
gundemxeber.azmarja-ya istinadənxəbər verir ki, "Class Medya" adlı şirkət Uğur Poyraz tərəfindən qurulan, Türkiyənin müxtəlif rayonlarındakı dadılmamış ləzzətləri sosial media istifadəçiləri ilə tanış edən "Bugün nereye gitsem" adlı səhifəni satın alıb.
İnstagram hesabı indidən çox insan üçün çörək qapısına çevrilib. Şirkət rəsmiləri Fatih Toptaş və Fuad Turgut sosial medianın günümüzdə əhəmiyyətli bir yeri olduğuna diqqət çəkərək, belə bir sərmayə qoymaq qərarı verdiklərini bildiriblər.
Digər tərəfdən, ləzzətli qida həvəskarlarının izlədiyi səhifə paylaşımlarla Türkiyənin "ləzzət xəritəsini" formalaşdıracaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?