"The Observer" qəzeti yazır ki, California ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib. Məlum olub ki, tibbi ekspertiza əməkdaşları səhvə yol veriblər. Mayın 6-da Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb. 82 yaşlı Frank J Kerrigan deyib ki, bu xəbəri alan kimi morqa zəng edib. Oğul ruhi xəstə idi və küçələrdə yaşayırdı. Morqdan ataya bildiriblər ki, meyit onun 57 yaşlı oğlu Frank M Kerrigan-dır. Ata oğlunun meyitini tanımaq üçün gəlmək istədiyini deyəndə, ataya bildiriblər ki, buna ehtiyac yoxdur, çünki onun kimliyi barmaq izlərinin məlumat bankı ilə tutuşdurulub. "Mən barmaq izləri söhbətini eşidəndə şübhə yerim qalmadı. Əgər barmaq izləri söhbəti olmasaydı mən ora bir ürək döyüntüsü zamanında çatardım" - deyib ata. Kerriganin 56 yaşlı qızı Carole Meikle meyit tapılan yerə gedib, ora çiçəklər qoyub və şam yandırıb. "Dəhşətli səhnə idi. Orada yerdə qan izləri vardı" - deyib bacı. Bundan sonra, mayın 12-də ailə 20 min dollara 50 nəfərlik dəfn mərasimi təşkil edib. Cənazə Orange qəbristanlığında torpağa tapşırılıb. Bundan əvvəl 82 yaşlı ata tabutdakı meyitin saçlarını sığallayırdı. O əmin idi ki, bu onun oğlıudur. Ata deyib ki, oğlunu uzun zamandır görmədiyindən onun yaşlanaraq belə dəyişdiyini düşünüb. 11 gün sonra ataya dostundan telefon zəngi gəlib. "Sənin oğlun sağdır, gözlə telefonu ona verim" - deyib dostu Bill Shinker. Qoca "salam, ata" sözlərini xəttin o başından onda eşidib. Məlum olub ki, Orange nahiyə morqunda meyitin kimliyini yanlış müəyyən ediblər. Bu vaxt məlum olub ki, barmaq izləri ümumiyyətlə tutuşdurulmayıb. Kerriganın kimliyini isə onun köhnə sürücülük vəsiqəsindəki şəkillə müəyyən ediblər. Ailə morqa övladlarının sağ olduğunu deyəndən sonra barmaq izlərinə baxılıb və həqiqətən səhvə yol verildiyi aydın olub. İyunun 1-də isə meytitin həqiqətən də kimə aid olduğu müəyyənləşdirilib. İndi Kerrigan morqu məhkəməyə verməyi planlaşdırır. Kerriganın bacısı deyib ki, qardaşı küçələrdə yaşamağı özü seçib və bunun onun ailəsinə necə ağır başa gəldiyini anlamır. "Biz onu dəfn etmişdik - deyib Meikle, - Həmin kədəri yaşamışıq".
Sorğu
Yeni dizaynımız necədir?