Bakıda mənzildən 65 yaşlı kişinin meyiti tapılıb. Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1949-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Qocayev Şamil Raufoviç hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin müayinə nəticəsində Ş. Qocayevin vəfat etdiyi müəyyən olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?