Gözəllik həmişəmi qurban tələb edir? Dünyada və Azərbaycandakı dəhşətli faktlar; qurbanlar arasında məşhurlar da var...
Ötən həftə ölkə mediasında plastik cərrah masasında dünyasını itirən maneken barədə silsilə yazılar dərc edildi. Hələ də həkim suçunu qəbul etmir, ailə isə bu məsələdə həkim səhlənkarlığını qabardır. Amma fakt budur ki, plastik cərrahın masasında canını qoyanlar az deyil. Bu da səbəbsiz deyil. Naşılıq, qeyri-professionallıq və ya... Mövzunun aktual olduğunu nəzərə alıb, bu günə qədər plastik cərrahlarla bağlı baş vermiş neqativ hallardan ibarət yazı hazırlayıb.
O, gözəlliyi üçün 430 min dollar xərcləyib
Londonun 28 yaşlı sakini Kandays Armstronq adlı bir xanım gözəl bədən və əzələ sahib olmaq istəyib. Bunun üçün o, streoid (kortizon tərkibli) dopinqləri qəbul etməyə başlayıb. Artıq o, Arnold Şvartsnegger əzələlər sahibdir. Kişilər kimi bədəni tüklənib, süd vəziləri yox olub. Hətta cinsiyyət üzvündə də müəyyən deformasiyalar yaranıb. Dopinqi buraxsa da o, artıq əvvəlki qadın gözəlliyinə qovuşa bilmir. Gəlincik Kenə bənzəmək üçün plastik əməliyyatlara 430 min dollar pul xərcləyən Rodriqo Alves adlı braziliyalının sağlamlığı üçün ciddi təhlükə yaranıb. Lenta.ru saytının xəbərinə görə, hazırda R.Alvesdə nekroz (dərinin ölməsi) xəstəliyinin əlamətləri özünü göstərir. Bu isə kişinin plastik əməliyyat etdirdiyi burnunu itirməsi ilə nəticələnə bilər. 32 yaşlı britaniyalı 2004-cü ildən etibarən 42 plastik əməliyyat keçirib. Son əməliyyatını isə 2016-cı ilin fevralında keçirib ki, ondan bir müddət sonra da xəstəxanaya düşüb. Buna səbəb burnunda yaranan problem olub. Hazırda kişi çətinliklə nəfəs alır. Alvesin vəziyyətini yaxşılaşdırmaq üçün britaniyalı həkimlərin nə edəcəyi sual altındadır.
Azərbaycanda isə 18 yaşlı tələbə də belə bir əməliyyatın qurbanı oldu. Burnundan plastik əməliyyat olmaq istəyən Mürsəlova Leyla Namiq qızı əməliyyat zamanı dünyasını dəyişib.
Qəddafi də cərrah ümidinə qalıb, Hillari də, Berluskoni də...
2011-ci ildə Liviya prezidenti Müəmmər Qəddafinin üzündə plastik cərrahiyyə əməliyyatının keçirilməsində iştirak etmiş braziliyalı cərrah Liasyar Ribeyro bu barədə danışıb. Liasyar Ribeyro bildirib ki, Müəmmər Qəddafinin məxfi bunkerinə 1995-ci ildə dəvət olunub.
Qəddafi cərraha deyib ki, 25 ildir hakimiyyətdədir və gənc insanların bir qoca tərəfindən idarə olunduqlarını düşünmələrini istəmir. Liasyar Ribeyro Müəmmər Qəddafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib. Cərrahiyə əməliyyatı 4 saat çəkib.
Cərrahi əməliyyat zamanı Müəmmər Qəddafi 53 yaşında olsa da, 10 il daha yaşlı görünürmüş. Liasyar Ribeyro Liviya prezidentinin diqqətinə çatdırıb ki, plastik əməliyyatın effekti 5 il olur, sonra yenə əməliyyat tələb olunur. Qəddafi isə onu yenidən Tripoliyə dəvət edəcəklərini söyləyib. Liasyar Ribeyro növbəti dəfə Tripoliyə 2000-ci ildə dəvət olunub. Plastik cərrahiyyənin möcüzələrindən ən çox istifadə edən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko olub. Xanım siyasətçi üz dərisini dartdırıb, bununla da qırışlarını azaldıb. Amma botoksdan istifadə edərək, dərinin daha gümrah görünməsinə də səbəb olub.
Bundan sonra onun ağız və göz kənarlarındakı qırışların sayı azalıb. 50 yaşlı Yuliyanın daha cavan görünməsində onun tez-tez kosmetoloq yanına gedib, dərini gəncləşdirən maskalardan istifadə etməsi də rol oynayıb.
Elə Timoşenkoya baxıb həvəslənənlərdən biri də onun ellisi, Sankt Peterburq qubernatoru Valentina Matvienko olub. 61 yaşına baxmayaraq, heç vaxt plastik cərrahiyyə əməliyyatı keçirmədiyini deyən xanım qubernatorun yalanını isə yenə jurnalistlər üzə çıxarıb. Onlar qubernatorun əməliyyatdan əvvəl və sonrakı fotolarını ekspertlərə göstərəndən sonra yekun rəy alıblar. Məlum olub ki, əgər dünyada möcüzə yoxdursa, bu qırışlar ancaq üz dərisinin dartılması (feysflistinq) nəticəsində mümkün ola bilər. Ekspertlər bu əməliyyatın 2-3 il öncə edildiyini bildiriblər.
Dünyanın qadın siyasətçiləri arasında Hillari Klintonun adı tez-tez çəkilir. 2011-ci ildə 64 yaşı olan bu xanım öz xalqı tərəfindən keçdiyi həyat yoluna, fədakarlığına görə daim təqdir edilib. İmicmeykerlər müəyyənləşdirib ki, kişi siyasətçilərin dominantıq etdiyi bir mühitdə baş çıxarmağa çalışan Hillari saçlarını qısa kəsdirmək və daim işgüzar geyimdə, ciddi kostyum geyinməklə zəif qadın imicindən qurtulmağa çalışır. Yaşını gizlətmək üçünsə Hillari silsilə əməliyyatlardan keçib. Bunların arasında üz və boyun dərisinin dartılması, blefaroplastika, saysız-hesabsız pilinqlər, botoks və restilayn peyvəndlərinin vurulması xüsusi yer tutur. Plastik cərrahiyyə və siyasət deyəndə isə İtaliyanın “göz bəbəyi” Silvio Berluskonini də unutmaq olmaz. Bu siyasətçinin plastik cərrahlarla tanışlığı sevgililərinə görə sıx olub. İtaliya mətbuatının yazdığına görə, o, bu günə qədər təkcə sevgililəri üçün plastik cərrahlara 1.5 milyon dollara yaxın pul ödəyib. Amma qadın düşkünü kimi tanınan Silvio özü də tez-tez dərisini cavanlaşdırmaq, qırışlarından qurtulmaq üçün əməliyyat masasına yatıb. 2003-cü ildə İtaliya sərhədindəki bir İsveçrə klinikasında plastik əməliyyat keçirsə də, baş nazir uzun müddət bunu boynuna almamışdı. Həmçinin Müəmmar Qəzzafinin də üzündə plastik cərrahiyyə əməliyyatı aparılıb. Cərrah Liasyar Ribeyro deyib ki, Qəzzafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib.
Ən çox cərraha gedən... yapon qadınlarıdır
Cənubi Koreyada gözəl görünmək istəyən qadınlar artıq gözəllik salonlara deyil, birbaşa plastik cərrahların yanına üz tuturlar. Cavan və daha gözəl görünmək üçün plastik əməliyyat etdirib özünü tanınmaz hala salan insanların sayı isə günü-gündən artmaqdadır.
Məhz bu səbəbdən də Cənubi Koreyada ən çox yayılan peşələr sırasında ilbəil ən gəlirli peşəyə çevrilən plastik cərrahiyyə ön sırada yer alır. Qadınlara fərqli görünüşü təmin edən həkimlər isə milyonlarla dollar qazanır.
Qeyd edək ki, Beynəlxalq Plastik Cərrahlar Birliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Cənubi Koreyada hər 77 nəfərdən biri cərrah bıçağı altına uzanıb xarici görkəmini dəyişir. Amma bu əməliyyatların heç də hamısı uğurlu alınmır. Koreyalı qadınlar bir-birinə oxşamamaq üçün “bıçaq altına” yatsalar da, sonuc çox vaxt bərbad olur. Nəticədə yenə də bir-birinə oxşayan, amma süni qadınlar meydana gəlir.
“Axmaqlığımın cəzasını çəkdim. Başıma gələnləri bilsəydim, təbii ki, əməliyyat olunmazdım. Daha gözəl görünmək istədim, amma ölümdən zorla qurtuldum”. 27 yaşlı braziliyalı supermodel Andressa Urax baldırlarının ölçülərini artırmaq üçün plastik cərrahiyyə əməliyyatına məruz qalandan sonra onun orqanizmində zəhərlənmə, sepsis başlayıb. Braziliyada ən gözəl baldırlı xanımı müəyyənləşdirmək üçün keçirilən “Miss BumBum 2014" müsabiqəsində qalib gələndən sonra A.Urax "daha gözəl" görünmək istəyib və San-Paulu şəhərindəki klinikalardan birinə üz tutub. Onun baldırlarına hidrogel vurulub, ölçülər böyüdülüb. Amma əməliyyatdan 5 gün sonra Andressa Urax özünü pis hiss edib. 10 gün sonra isə onun baldırları şişib, qaralmağa başlayıb. Yenidən hospitala aparılan A.Uraxı müayinə edən həkimlərin dediklərinə görə, qadının baldırlarına ikiqat dozada PMMA adlı toksik hidrogel vurulub. Belə inyeksiyalardan Braziliyada ötən il 6 qadın ölmüşdü. Hospitalda yenidən əməliyyat olunan, sonra koma vəziyyətinə düşdüyü üçün intensiv terapiya bölməsinə köçürülən və süni tənəffüs aparılan qoşulan A.Urax ölümdən dönmüşdü.
Andressa Uraxın durumu indi nisbətən normaldır.
“Tanrı məni axmaqlığıma görə cəzalandırdı. Daha incə belə malik olmaq üçün əvvəlcə iki qabırğamı kəsdirib çıxardım. Sonra pəncələrimin enini azaltmaq üçün ayaqlarımdakı çeçələ barmaqlarımı kəsdirdim. Axırda da baldırlarıma hidrogel vurdurdum. İndi anlayıram ki, bunların heç birinə ehtiyac yoxdu”, - A.Urax deyib.
Statistikaya görə, hər il milyonlarla insan sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə müraciət edir.
Burnunu əməliyyat etdirdi, gözü kor oldu
Ərzurumda yerləşən Atatürk Universiteti Tibb Fakültəsi Araşdırma Xəstəxanasında plastik burun qırığı əməliyyatı zamanı xəstə görmə qabiliyyətini itirib. 18 yaşlı Furqan Karanın keçirdiyi əməliyyat zamanı sol gözünün arxasında yığılan qanın optik sinirlərə etdiyi təzyiq nəticəsində görmə qişası zədələnib. Xəstənin ailəsi artıq hadisə ilə bağlı məhkəməyə müraciət edib. Xəstəxana rəhbərliyi mövzu ilə bağlı şərh verməsə də, həkimlər əməliyyatlarda bəzən bu cür fəsadların meydana gəldiyini deyiblər. Qurban deyib keçməyin. Onların arasında məşhurlar da az deyil. 2014-cü ilin Kann Festivalı Nikol Kidman üçün bir dəhşətə çevrildi. Aktrisanın baş rolu ifa etdiyi “Şahzadə Monako” filminin təqdimatından sonra şərhlərdə “Onun üzü sanki daşdır. O, deyəsən, yenə də botoks etdirib” yazılmağa başlandı. Kidman qırmızı xalıya üzü şişmiş, son dərəcə hamar olan alnı ilə çıxaraq onların fərziyələrini bir daha təsdiq etdi. Qeyd edək ki, Kidman artq bir neçə dəfə iynələr vastəsilə gözəlləşib. 2013-cü ilin fevralında o etiraf etdi ki, botoks etdirib və bu təcrübəni bir daha təkrar etməyəcək, bunu yalnız üz dərisinə nəzarəti bərpa etmək üçün edib. Görünür, aktrisa vədinə əməl etməyib. Amerikanın məşhur aparıcısı Coan Rivers isə deyib ki, o, 739 plastik əməliyyat etdirib. “Bu, 9-10 dəfə kofe almaqdan sonra birini havayı qazanmaq kimi bir şeydir. Beləliklə, asılılıq yaradır”, - deyə Amerika teleaparıcısı özü etiraf etmişdir. “Süni siması” belə onu reytinqli verilişlər aparmaqdan çəkindirmir. Tamaşaçılar onun iti zəkasına heyran olsalar da, Coan özü öz üzünə belə gülümsəməkdən çəkinir. Onun “İstərdim ki, əkiz bacım olsun və indi ona baxıb özümün əməliyyatsız necə görünəcəyimi görüm” dediyi hələ də dillərdə dastandır.
Azərbaycanda isə ilk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Sovet dövründə Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Anatoli Karol adlı həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edilir.
Müğənni Reyhan Müslümova da bu sırada xüsusi yer tutur. Artıq çəkidən əziyyət çəkən müğənni plastik əməliyyat etdirsə də, elə masada dünyasını dəyişmişdi. Şəkər xəstəsi olduğundan bir çox həkimlər əməliyyat aparmaqdan imtina edirdilər. 2002-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir, o komaya düşüb və həyatını itirib. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılıb./musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?