Soyuq qışın gəlişi özü ilə birlikdə həm də, evlərin istilik problemini də gətirib. Tarif Şurasının qazın və elektrik enerjisinin qiymətini qaldırması, ailə büdcəsinə kifayət qədər təsir edir.
24saat.org saytı qışda və yayda evin istilik problemini qismən həll etməyin yollarını araşdırıb. Ortaya maraqlı məqamlar çıxıb. Məlum olur ki, plastik pəncərələrin yay və qış rejimi varmış.
Gəlin birlikdə öyrənək. Bəri başdan qeyd edək ki, bu prosseduru həyata keçirmək üçün sizə yalnız 4 mm ölçülü 6 guşəli açar lazım olacaq. Əgər plastik pəncərələrinizdə göstərəcəyimiz bolt varsa, qış və yaxud da yay rejimini tənzimləmək çox asandır.
Əslində bu iş o qədər də çətin deyil. Əgər sizin də pəncərənizdə göstərdiyimiz bolt varsa, onu 90 dərəcə sağa və sola etməklə qış və yay rejimini tənzimləyə bilərsiniz.
Sorğu
Yeni dizaynımız necədir?