GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı

Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı

Tarix: 10-07-2017, 00:56 Bölmə :Maraqlı Baxış: 408
Bakıda tanınmış həkimin arvadı üç uşağı ilə evdən qaçdı

“Yerə düyü səpib üstündən yağ tökürdü. Dizimi yerə qoyub, düyüləri tək-tək təmizləyirdim. Yoxsa kəməri ilə döyürdü”...

Qarşımda 21 yaşlı qız əyləşib. Amma ona artıq gördüyü məşəqqətləri nəzərə alsaq, bu yaşında qadın da demək olar. İri ala gözləri, yaraşıqlı üzü ilə nağıl qəhrəmanlarına bənzəyir. Elə yaşının nağıl çağında ərə verilib, bir də gözünü açıb ki, anadır, ev-eşik, ər qayğısı çəkir. Həyat yoldaşının işgəncələrinə dözə bilməyib, dəfələrlə evdən qaçıb. Sonuncu dəfə 4 gün əvvəl baş verən davadan sonra uşaqlarını da götürüb “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına pənah gətirib.

Beləliklə, Gürcüstan vətəndaşı Gülşən Məmmədovanın həyat hekayəsini təqdim edirik.

- 21 yaş və 3 uşaq?

- Böyük oğlumun 5, ortancılın 4, kiçik oğlumun isə 3 yaşı var. Həyat yoldaşım məni 13 yaşımda qaçırdı. Gürcüstanda toy edəndən sonra Bakıya gəldik. Uşaqlar Azərbaycanda doğulublar. Rəsmi nikaha yaşım çatmadı, sonradan da rəsmi nikah bağlamadı.

- Bəs ailən, yaxınların bu yaşda ailə qurmağına necə razı oldu?

- Gürcüstanda, bizim kənddə qızları 13-14 yaşında ərə verirlər. Onsuz da heç kim məktəbə getmir. Atam çoxdan dünyasını dəyişib. Kimsəyə möhtac olmamışıq, çətinliklə olsa da, dolanırdıq. Elçilər gəlirdi, anam dedi ki, gözəl qızsan, hansısa avaraya qismət olarsan. Anamla həyat yoldaşım razılaşıb, fikirləşib ki, Azərbaycanda işləyir, həkimdir, qazancı, evi var. Mənə dedilər ki, Bakıya gəzməyə gedəcəksən, sənə yeni paltarlar alacaq. Yəni yoldaşım məni anamın razılığı ilə qaçırıb. İlk vaxtlar pis yaşamırdıq. Özəl klinikaların birində işləyir, ətrafında hamı onu yaxşı həkim kimi tanıyır. 14 yaşında artıq hamilə idim. Böyük oğlum 15 yaşında doğuldu. Onun tanışları olduğundan, kimsə yaşımın az olması ilə maraqlanmadı. Üçüncü uşağı onun əsgərliyə getməməsi üçün dünyaya gətirdik


- Bəs ailədə problem nədən başladı?

- Evliliyin ilk aylarında mənimlə yaxşı rəftar edirdi. Düzü, heç vaxt yemək, geyim problemimiz olmayıb. İki yerdə evimiz var. Amma çox əsəbidir. Adi bir şey onu hövsələdən çıxarır. Bəzən 4-5 saat fasiləsiz danışır, deyinir. Bəzən də səhər tezdən başladığı davanı gecəyədək davam etdirir. Saçımdan tutub başımı taxtaya vurur, əlimi-ayağımı təpikləyir, dünyasını dəyişən atama söyürdü. Amma heç vaxt döydüyü üçün şikayətlənməmişəm. Fikirləşmişəm ki, kişi qadını döyə bilər, amma işgəncələrinə dözə bilmədim. Ötən il polisə də şikayət etdim. Söz verdi ki, müalicə olunacaq.

- Necə işgəncələr?

- Əsəbləşən kimi məni döyürdü, sonra bütün evə yağ tökürdü. Onsuz da üç körpə ilə səhərdən-axşama kimi evin işləri ilə məşğul olurdum. Yağı təmizləyirdim, düyü töküb deyirdi ki, dizlərini yerə qoy, tək-tək yığışdır. Bəzən də kitab verirdi, əzbərləməyi tapşırırdı. Uşaqların yeməyini doğru-düzgün verə bilmirdim, axşam gələn kimi əzbərləməyə çalışırdım. Elə ki hansısa cümləni unudurdum, saçımdan tutub sürüyürdü. Və yaxud əsəbləşən kimi mebelin, yatağın üstünə un töküb təmizləməyi tapşırırdı. Düyü ilə makaronu qarışdırırdı, o təyin etdiyi vaxtda düyü ayrı, makaron ayrı qaba yığılmalıydı. Ən pisi isə o evdə olanda uşaqların səssiz qalmasına çalışmağım idi. Qorxudan uşaqların ağzını qapayırdım, yoxsa uşaqları döyürdü, 5 yaşlı oğlum söyüşlərin hamısını əzbərləyib. Sonuncu dava da elə uşaqların üstündə oldu, dedi ki, uşaqların səsindən yata bilmirəm, uşaqları kəmərlə döydü.



- Dediniz ki, polisə şikayət etmisiz, müalicə olunmaq istəyib.

- Həyat yoldaşımın atası ölüb, anası onu evdə tək qoyaraq işləyib. Anası ona işgəncələr verib, bəzən soyunduraraq noxudun üstündə uzanmağa məcbur edib. Evliliyimizin ilk günlərində anasının işgəncələrindən danışırdı. Sonralar ona verilən işgəncələri mənə etməyə başladı. Ailəsində ruhi xəstə var, etiraf edir ki, onun da nevroloji problemləri var, əsəb xəstəliyi genetikdir. Mən polisə müraciət edəndən sonra müalicəyə başladı, 1 ay müddətində sakitləşdi, evdə dava, söz-söhbət olmurdu. Sonra həkim dostları bu dərmanların asılılıq yaradacağını deyiblər. Bu da müalicəni yarımçıq saxladı, dərman qəbulunu dayandırandan bir gün sonra dəsmalı tez gətirmədiyimi bəhanə edib 4 saat danışdı. Sonra etiraf etdi ki, özünə nəzarəti itirib, nə qədər deyindiyinin fərqində olmayıb. Hələ məndən qalın kitabı əzbər soruşması, bilməyəndə döyməsi lap dözülməzdir. Evliliyimizin ilk günündən onunla bir yerə çıxmamışam, küçədə hər kəslə dava edir. Deyir ki, elə bilirəm hamı sənə baxır. Bildirir ki, ondan ayrılacağım halda, məni də, uşaqları da öldürəcək.

- Sığınacaqdan çıxandan sonra nə edəcəksən? Təhsilin yoxdur, səndən ayrılmaq da istəmir.

- Sığınacağa gəldiyimi bilmir, dəfələrlə zəng vurub, harada qaldığımı öyrənməyə çalışıb. Anam Rusiyaya köçüb, bir neçə gündən sonra Bakıya gələcək. Onunla Rusiyaya getmək istəyirəm. Amma uşaqları aparmaq üçün icazə verib-verməyəcəyini bilmirəm. Onunla yenidən bir yerdə yaşamaq istəmirəm, çünki bu evliliyin sonu yoxdur. Müalicə alacağını, normal rəftar edəcəyini gözləyərək yaşaya bilmirəm. Onun döyməyinə razıyam, amma saatlarla düyü təmizləyib, bir əlimlə uşaqları sakitləşdirə bilmirəm artıq. Üstəlik uşaqlarım qorxa-qorxa, stress altında yaşayırlar, ataları evə gələn kimi yorğanın altına girib qorxudan səslərini çıxarmırlar. Uşaqların bu şəraitdə böyüməsi məni incidir. Hələlik sığınacaqda psixoloji yardım alırlar. Gecə-gündüz Allaha yalvarıram ki, uşaqların və mənim Rusiyaya getməyimə icazə versin, əks halda, nə edəcəyimi bilmirəm.

Jalə Ağazadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xanımı pulları da götürüb evdən qaçdı

    Xanımı pulları da götürüb evdən qaçdı ...

    4-01-2015, 22:44

  • 
  • Yüksək vəzifəli məmur xanımını döyüb evdən qovdu — BAKIDA

    Yüksək vəzifəli məmur xanımını döyüb evdən qovdu ...

    6-08-2014, 00:32

  • 
  • Bakıda gəlin evdən qaçdı

    Bakıda gəlin evdən qaçdı ...

    13-11-2013, 16:06

  • 
  • 5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

    5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac ...

    28-11-2016, 22:18

  • 
  • Əməkdar artist: "Həyat yoldaşım məndən 12 yaş kiçik idi"

    Əməkdar artist: "Həyat yoldaşım məndən 12 ...

    5-07-2016, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu