GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

Tarix: 28-11-2016, 22:18 Bölmə :Ölkə Baxış: 528
5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

“…Mənim bir qoyun qədər qiymətim olmayıb. Halbuki bir qarın yemək, isti yataqdan başqa heç nə istəməmişəm”, -göz yaşları danışmasına imkan vermir. Balalarını bağrına basıb hönkürür. 5 yaşında qızı, 2 yaşında oğlu var. Oğlunun üzü-gözü yara içindədir. “Gecə evdən qaçanda yıxılıb”,-paltarının ətəyi ilə göz yaşlarını silərək dillənir.
Noyabrın 15-də polislər tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Həmin günə qədər isə körpələri ilə küçələrdə, parklarda gecələyib. “Gündəm Xəbər” də 29 yaşlı Gülşən Məmmədovanın başına gətirilənlərin, yəni onun virtualaz.org saytına danışdığının hər kəsdə maraq doğuracağını nəzərə alaraq, yaşanan olayları öz oxucularına təqdim edir.
5 yaşından çobanlıq edirəm. 6 yaşında əlimə bir qələm, dəftər verib məktəbə göndərdilər. Tək bircə gün, sonra yenə atamın sürüsünü otarmağa getdim. Nə hərf tanıyıram, nə də oxumağı bacarıram. Kəlbəcər işğal ediləndə uşaq olsam da, çox sevinirdim. Çünki qoyunlardan yaxa qurtaracaqdım. Gecə-gündüz tək bir istəyim olub, Allah göydən daş yağdırsın, atam və qoyunları bir gecədə ölsün. Nə bəladır ki, atam bütün sürünü Kəlbəcərdən çıxara bilib. Beləcə Göygölə gəldik. Evdən qaçana qədər sürüyə mən baxmışam.

5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

- Ailədə səndən başqa çobanlıq edəcək bir kimsə yoxdur?
- 4 bacı, 2 qardaşıq. Qardaşlarım bizdən böyükdür, amma atam ta uşaqlıqdan onların işləməsinə imkan verməyib. Deyir ki, Allah qızları əvvəlcə atasına, qardaşlarına, sonra da ərlərinə xidmət etmək üçün yaradıb. Həmişə ailənin bütün yükü mənim və bacılarımın üzərinə düşüb. Mən çobanlıq edirdim, bir bacım evləri təmizləyirdi, digərləri südü-qatığı aparıb satırdılar. Sonradan hamısı evdən qaçdı, qaldım tək. Mən də qarşıma çıxacaq ilk insanla qaçacağıma and içmişdim. Elə qaçqım da.
-Bəs həyat yoldaşın hardadır?
- Qoyunlar xəstələnmişdi, atam bunu bəhanə edib məni döydü. Evdən qaçıb tövlədə yatdım. Qış idi, qar yağmışdı, səhərə qədər qoyunlara sığınıb qaldım. Axı, mənim bir təqsirim olmamışdı. Ertəsi gün yenə məni döydü, dedi ki, hər qoyuna görə cavab verəcəksən. Üç gün ac saxladı məni. Həmin günlərdə indiki həyat yoldaşımla tanış oldum, kim olduğu ilə maraqlanmadan qoşulub qaçdım. Bu da həbsdən yeni çıxıbmış, nə evi, nə də ona sahib çıxacaq birisi yoxmuş. Sonra oğurluq edib yenidən həbs olundu. Mehriban xanım uşaqlara sənəd düzəltmək üçün köməklik etdi.

5 yaşından çobanlıq edən, bir qarın yeməyə möhtac qalan Azərbaycan qadınının acı hekayəsi

-Anladığım qədər, yenidən ata evinə dönmüsən.
- Küçələrdə qalırdım, zibillikdən yemək götürüb yeyirdim, dilənirdim. Sonra oğlum xəstələndi. Uşağı qucağıma götürüb, bütün xəstəxanaları gəzmişəm. Savadsızam, amma bilirdim ki, dövlət xəstəxanalarında pulsuz müalicə edirlər. Həkim dedi ki, don vurub, zibillikdən yemək yeyib deyə xəstələnib. Sonra atamgilə getdim, dedim ki, bəlkə uşaqlara görə onlarda qalmağıma icazə verər. Yenə çobanlıq edirdim, amma hər şeyə, ən çox da uşaqların çox yemək yeməsinə deyinirdi. Qızımı döyürdü, deyirdi, apar uşaqları küçəyə at, yenidən gəl sürüyə bax. Onda evdə qalmağına icazə verəcəyəm. Mən də uşaqları küçəyə atmağa razı deyiləm.
-Buna görə evdən qaçdın?
- Yox, ev isti idi, atam evdə olmayanda qarındolusu yemək yeyirdik. Buna görə də, söyüşlərinə, təhqirlərinə çalışırdım cavab verməyim. Sonuncu dəfə qızıma bağdakı almaları toplamağı tapşırıb, bazarda satdıracaqmış. Uşaq da almalardan birini yeyib. Ona görə uşağı da, məni də döydü. Biz evdən çıxanda gecə saat 2 olmuşdu. Heç uşaqların paltarlarını da geyməsinə icazə vermədi. Mənim saçlarımdan tutub küçəyə qədər sürüdü ki, ya uşaqlarını bu gecə küçəyə qov, ya da özün də onlarla birgə get. Üz-gözüm qan içində idi. Gecə küçədə qaldıq. Səhəri gün Kəlbəcər Rayon İcra Hakimiyyətinə getdim.

-Ora niyə getmişdin? Polisə şikayət etmədin?
- Yox, İcra Hakimiyyəti mənə ayda 50 manat yardım verir, ev üçün qeydiyyatdayam. Amma mənə ev vermirlər, deyirlər ki, növbədə gözlə. “Qaçqınkom”da hamı məni tanıyır, içəri girən kimi deyirlər ki, get ev paylananda çağıracağıq. Bəs neyləyim, iki uşaqla nə vaxta qədər küçələrdə gecələyim? Əxlaqsızlıq edim? Bacılarımın mənə baxacaq imkanları yoxdur, anam illərdir yataq xəstəsidir, ayaqları tutulub, qardaşlarım da qapısına buraxmır. Atam qoyunlrından başqa heç bir şey fikirləşmir. Atam qoyunlarının yarısını satsa, Bakıda bir neçə ev alar. Uşaqların paltarı yoxdur, burda paltar veriblər, amma hələ də ayaqqabıya, coraba, isti paltara ehtiyacım var. İsti ev, bir də qarındolusu yemək verən olarsa, nə iş desələr, razıyam.
...Gülşən uşaqlarının internata verilməsinə razı deyil. “Çobanlıq da edərəm, bizə bir qarındolusu yemək versinər, məni, uşaqlarımı döyməsinlər”, - bunu yazmağımı xüsusilə xahiş edir. “Çoban olaram” - hər dəfə bu kəlməni söyləyəndə sanki dünyanın bütün ağırlığını çiyinlərində hiss edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 yaşlı bacımı da pis yola çəkdi”

    Evdən qaçan oğlanın açı həyat hekayəsi: “Anam 15 ...

    5-02-2015, 01:01

  • 
  • 9-yaşında babasının təcavüzünə uğrayan Könül Məmmədovanın acı talehi – ŞOK VİDEO

    9-yaşında babasının təcavüzünə uğrayan Könül ...

    17-11-2013, 11:04

  • 
  • Alim sahibkara “badalaq” gəldi

    Alim sahibkara “badalaq” gəldi ...

    3-09-2015, 13:47

  • 
  • 48 yaşında çılpaq poz verdi - FOTOLAR

    48 yaşında çılpaq poz verdi - FOTOLAR ...

    23-02-2014, 18:58

  • 
  • 10 yaşında ana oldu - ŞOK

    10 yaşında ana oldu - ŞOK ...

    26-11-2013, 15:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu