Ermənistanda yenə Azərbaycan istehsalı olan məhsullar satılır. Bu dəfə oranın bazarına ölkəmizdə istehsal edilmiş konfetlər yol tapıb. Bu barədə yerli telekanallardan birinin redaktoru Lori Narine Avetisyan məlumat verib.
Redaktor Azərbaycan istehsalı olan konfetləri qohumlarının evində olarkən görüb. Məlum olub ki, qənnadı məhsulları Vanadzor şəhərinin mərkəzi bazarından alınıb. Mərkəzi bazara yollanan jurnalistə həqiqətən həmin konfetlərin satışda olduğunu, lakin satılıb qurtardığını bildiriblər.
Xatırladaq ki, bu ilin aprelində Yerevan bazarında “Product of Azerbaijan” nişanı ilə satılan almaların olması səs-küy yaratmışdı. Meyvələrin satışda olması ilə bağlı məlumat yayılandan iki gün sonra Ermənistanın Qida Məhsullarının Təhlükəsizliyinə Nəzarət Dövlət Xidməti yoxlama keçirərək meyvələri satışdan yığışdırmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?