«Gündəm Xəbər» qəzeti bu gün iş fəaliyyətini bərpa edib. Bu barədə DİA.AZ-a açıqlama verən qəzetin təsisçisi Şirin Cəfəri bildirdi ki, sabah «Gündəm Xəbər» qəzeti satışda olacaq. Cəfərinin sözlərinə görə, Novruz Bayramı ilə əlaqədar verilən tətil müddətinin uzunluğu satışdan dolanan bir redaksiya kimi «Gündəm Xəbər» qəzetinə ciddi problemlər yaradır: «Təbii ki, biz hər işlədiyimiz gündən qazanc götürürük. Və tətil müddətinin uzanması redaksiyamızın işinə sərf etmir. Bizim başqa gəlir yerimiz olmadığından bu gündən fəaliyyətimizi bərpa etmək qərarını vermişik. Qəzetimiz də sabah satışda olacaq».
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?