Antarktidadan ötən gün ayrılan aysberq qlobal istiləşmənin təzahürüdür.
Qlobal istiləşmənin səbəb olacağı dəniz səviyyəsinin yüksəlməsi nəticəsində risk qrupuna daxil olan ərazilərin xəritəsini hazırlanıb. Xəritəyə görə, Almaniyanın şimalındakı Hamburq, paytaxt Berlinin bir hissəsi, hətta Stokholm və Amsterdam kimi şəhərlər suyun altında qala bilər.
Dəniz səviyyəsinin əsrin sonuna qədər 1.5 metr yüksələcəyini düşünən Kiel Universitetinin tədqiqatçısı Mojib Latif qlobal istiləşmənin qarşısı alınmazsa, bu ssenarinin bir neçə yüz il içərisində gerçəkləşə biləcəyini deyib. Xəritəyə əsasən, Türkiyənin sahilyanı əraziləri də risk qarupuna daxildir və bəzi bölgələr tamamilə sular altında qala bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?