Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədova erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti Danil Xaçaturova ərə getməyə hazırlaşır. Gündəm xəbər Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiya KİV-lərində yazıblar.
45 yaşlı Xaçaturovun sərvəti “Forbes”in hesablamalarına görə 2 milyard dollara yaxındır. Bir neçə ildir ki, Rusiyanın ən həsəd aparılan subaylarından biridir. Belə ki, erməni milyarder 2008-ci ildə dizayner Ulyana Sergeyenko ilə evlənib, 2013-cü ildə boşanıb. Daha sonra Xaçaturovun gənc və yaraşıqlı rejissor Anna Məlikyanla sevgi məcarasına başladığı bildirilir. Erməni milyarderin növbəti sevgisi isə Səbinə Əhmədovadır. Onların arasında münasibət olduğu barədə Rusiya mediası ara-sıra yazırdı.
Xaçaturova ərə getməyə hazırlaşan Səbinə Əhəmədovaya gəldiksə isə onun 36 yaşı var, əvvəllər evli olmayıb, uşaqları da yoxdur. Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda qarışıq ailədə anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir. Səbinənin ailəsi 1990-cı ildə Bakıdakı məlum hadisələr zamanı Rusiyaya köçüb. Hazırda Rusiyanın tanınmış kino aktrisalarından biridir.
Xaçaturovla Əhmədovanın toylarının nə vaxt olacağı haqda məlumat yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?