GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Cavid Qurbanov “qara siyahı”da

Cavid Qurbanov “qara siyahı”da

Tarix: 30-05-2013, 01:32 Bölmə :Maraqlı Baxış: 4 101
Cavid Qurbanov “qara siyahı”da
Korrupsiya və qaranlıq keçmiş “Azəryolservis” rəhbərini bitirir
Azərbaycan iqtisadiyyatının ən çox korrupsiyalaşmış sahələrindən biri və bəlkə də birincisi yol infrastrukturu ilə bağlıdır. Hazırda ölkədə ümumi istifadədə olan avtomobil yollarının ümumi uzunluğu 25021 kilometrdir. Bunlardan 4577 kilometri respublika əhəmiyyətli, 14222 kilometri yerli əhəmiyyətli yollardır. Ümumi istifadədə olan yolların 70 faizindən çoxu istismar üçün yararsız vəziyyətdədir. Yolların 26,2 faizi asfalt-beton, 13,0 faizi qara örtüklü, 46,7 faizi (8787 km) çınqıl örtüklü və 1,1 faizi (205 km) torpaq yollardır. Ümumi istifadədə olan yolların 1473 kilometri Naxçıvan Muxtar Respublikasının ərazisindədir. Bunlardan 274 kilometri respublika, 1199 kilometri isə yerli əhəmiyyətli yollardan ibarətdir. Hazırda yararsız vəziyyətə düşmüş yolların uzunluğu 15 min kilometrdən çoxdur, ümumi istismar vəziyyəti pisləşmiş yolların uzunluğu isə 4,6 min kilometr təşkil edir.
Ümumi istifadədə olan avtomobil yollarında 1614 ədəd körpü və yol ötürücüsü var. Körpülərin texniki vəziyyətinin müayinəsi onu göstərir ki, onların 65 faizi təcili bərpa olunmalı və ağır çəkili nəqliyyat vasitələrinin (yüklərin) buraxılışının xüsusi şərtlərinə riayət edilməlidir. Bir qayda olaraq, qeyri-kafi vəziyyətdə olan körpülər keçən əsrin 50-60-cı illərində, həmin dövrdə qüvvədə olan normativlərə və standartlara uyğun olaraq tikilib, onların resursları artıq tükənib. Məlumatı avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi və inkişafına dair Dövlət Proqramından (2006-2015-ci illər) götürdük. Elə araşdırmamızın məqsədi dövlət proqramına əsasən çəkilən yolların xərci, keçirilən tender, yolun çəkilişini həyata kerçirən şirkətlər və ən vacibi bu yolların keyfiyyəti haqdadır.
Böyük İpək Yoluna daxil olan Şərq-Qərb magistral yolunun bərpası və yenidən qurulması ilə bağlı bəzi məqamlara diqqət yetirək. Yolun təkmilləşdirilməsi layihəsini maliyyələşdirmək üçün Asiya İnkişaf Bankı (AİB), İslam İnkişaf Bankı (İİB) və Səudiyyə Fondu (SF) ölkəyə kredit ayırıb. AİB-in verdiyi borc Azərbaycan-Gürcüstan sərhəddindəki Şərq-Qərb Magistral yolundakı Gəncə dolama yolunu (39 km) və Qazax-Gürcüstan sərhəddində olan hissəsinin tikintisini (M-2) bərpasını, yenidən qurulması planını, tender üçün hazırlıq sənədlərini, həmçinin ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsini, tikinti nəzarətini əhatə edir. AİB dəqiq təfərrüatlı planın hazırlanması üçün məsləhətçi xidmətlərini, layihə ərazisində olan 10 daxili yolun (təqribən 64,5 km) tikinti nəzarətini, Yevlax-Gəncə yolunun birinci hissəsində (50 km) ətraf mühit və sosial təsirin qiymətləndirilməsi nəzərə alınmaqla tender sənədlərinin hazırlanmasını və plan üçün mühəndis xidmətlərini maliyyələşdirir. İİB və SF tikinti nəzarətini və birinci hissə üçün tikintini maliyyələşdirib. Bakı-Gürcüstan sərhəddindəki layihəyə daxil olan 36 km-lik mövcud yolun 465-501-ci km-lərində yerləşir. Müqavilələrə uyğun olaraq hər bir sahə üzrə işlərin həcminə mövcud asfalt qatının təmizlənməsi, yol örtüyünün bərpası, mövcud dayaqların və körpülərin bərpası, drenaj sisteminin təkmilləşdirilməsi, yeni yolkənarı xidmət ərazilərinin tikintisi, yolun təhlükəsizliyi və idarəedilməsi üçün yol örtüyünün, nişanlarının və nəzarət qurğularının tikintisi daxildi. Bu işlər yalnız bununla da məhdudlaşmayıb.
Ölkələrdə yolların bir çoxunun tikinti və bərpasına kredit ayıran Dünya Bankı yol layihələrinin xərcləri ilə bağlı hesablama aparıb. Bankın 40-a yaxın ölkədə kredit ayırdığı layihələrin müqayisəli analizini əks etdirən bu sənədə görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə kilometrinə 1 milyon 832 min dollara başa gəlib. Bu qiymətlər ümumiyyətlə yol olmayan ərazilərdə aparılan yol tikintilərinə aiddir. Yəni söhbət sıfır variantından yolun salınmasından gedir. Artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər. Bu xərclər yol ötürücülərinin və qovşaqların tikintisini də əhatə edir.
AİB ölkəyə verdiyi borc əsasında çəkilən yola 49 milyon dollar nəzərdə tutub. Müqavilədə yolun 18 aya çəkiləcəyi qeyd olunub. Hazırda bu yolun bir hissəsi Qazax-Gürcüstan sərhəd yolunun 36 km-nin açılışı olub. Fevralın 9-u 2011-ci ildə prezident İlham Əliyev Qazax-Gürcüstan dövlət sərhəddi yolunun açılışında iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov deyib ki, “Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun təkmilləşdirilməsi” layihəsinə ötən ilin avqustunda başlanıb. Onun sözlərinə görə, 2007-ci ilin oktyabrında podratçının seçimi üzrə beynəlxalq müsabiqə keçirilib. İtaliyanın “İmpressa” S.p.A şirkəti qalib gəlib. 2007-ci ilin dekabrın 24-də imzalanmış podrat müqaviləsinin dəyəri 36 milyondan çoxdur. Yolun baş subpodratçısı “Akkord” Şirkətlər Qrupudu. Yolun bu hissəsində 736 min kubmetr torpaq işləri görülüb, 27 min kubmetrdən çox asfalt salınıb. İkizolaqlı yolun eni 15 metrdi. Yolda 3 körpü, 8 avtobus dayanacağı inşa edilib.
Müqavilədə AİB-dən alınan borcun 49 milyon dollar göstərilməsinə baxmayaraq bu rəqəm bir yerdə 30.848.135 AZN göstərilib. “İmpressa” şirkətinin saytında isə bu rəqəm 35 milyon avro (olaraq göstərilib. Azəryolservis ASC-nin saytında isə maliyyə haqda azeryol.az məlumat yoxdu.
Onu da qeyd etmişdik ki, sözügedən layihənin ilk bölümünün həyata keçirilməsi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova həvalə olunub. “Azəryolservis”in şefi, deputat Cavid Qurbanov da istefaya göndərilə bilər. Bu barədə qəzetimizə daxil olan məlumatda bildirilir ki, hazırda onun durumu olduqca pisdir. Çünki Cavid Qurbanovun “vurulmasın”da nəqliyyat naziri Ziya Məmmədov da maraqlıdır. Məlumat üçün deyək ki, “Azəryolservis” şefi son dövrlərə kimi nəqliyyat nazirinin sağ əli olub.Lakin artıq onların münasibətlərinin gərginləşdiyi bildirilir. Bunun kökündə isə Cavid Qurbanovun özünü Ziya Məmmədovun tabeliyində olan digər şəxslərə nisbətən müstəqil aparması dayanır. Başqa bir səbəb isə “Azəryolservis” şefinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxınlaşmasıdır. Bu, Cavid Qurbanovun ən yaxın dostu, Dərnəgüldəki ən böyük asfalt azvodunun direktoru Xaqani Kazımov “fövqəlnazir”ə çox yaxın bir şəxslə quda olduqdan sonra baş verib. Elə bu səbəbdəndir ki, Ziya Məmmədov Xaqani Kazımovun oğlunun toyundan bir qədər sonra onun direktoru olduğu zavodu başqa əraziyə köçürməyə başlayıb. Nəqliyyat naziri bununla əslində kifayət bir qədər böyük bir ərazini Xaqani Kazımovun əlindən alır. Məlumatda bildirilir ki, “Azəryolservis” şefinin narahatlığı aktivində xeyli “çp”lərin olmasından irəli gəlir.
Məsələ burasındadır ki, ən çox şikayətlər yollarla bağlıdır ki, bu sahə də Cavid Qurbanovun nəzarətindədir. Ölkədə 80 rayon olduğu halda onun tabeliyində 120-dən çox yol idarəsi fəaliyyət göstərir ki, onlar əslində sadəcə korrupsiya mənbəyidir. Bundan başqa Cavid Qurbanov özünə məxsus ağır texnikanı dövlətə icarəyə verməklə məşğuldur. “Azəryolservis” şefi bu işi əvvəl “Texnika A” şirkətilə görürdüsə, indi “Kəpəz” şirkətilə görür.

Cavid Qurbanovun Istanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi, sürücülərilə bağlı qalmaqal da, Daşkəsəndə 12 il həbsdə olmuş bir şəxsi yol idarəsinə rəis təyin etməsi onun əleyhinə istifadə edilə biləcək faktlardır. Ən əsası isə Gürcüstanın baş naziri Bidzin Ivanaşvilinin Qars – Axalkələki – Tiflis – Bakı dəmiryolunun çəkilişilə bağlı narazılığıdır. Ivanaşvili dəmiryolunun inşasında şübhəli məqamların olduğunu demişdi. Hətta xüsusi olaraq bununla bağlı Bakıya səfər etmişdi. Bu layihənin icrası isə Cavid Qurbanova həvalə edilib. Məlumatda deyilir ki, Ziya Məmmədov da bu və digər faktlardan istifadə edərək Cavid Qurbanovu yola salmaq istəyir.
Bizə daxil olan məlumata görə, Prezident Administarsiyasında bu günlərdə toplantı keçirilib. Toplantıda son dövrlər baş verən proseslər və xüsusilə, "Azəryolservis" ASC-nin rəhbəri, deputat Cavid Qurbanovun məsələsi ciddi müzakirə mövzusu olub. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, müzakirələrdən sonra belə nəticəyə gəlinib ki, "Azəryolservis" ASC-nin fəaliyyəti araşdırılaraq və Cavid Qurbanovun həbsinə hazırlıq görülsün. Məlumatlarda bildirilir ki, ilin sonuna qədər deputatın həbsi reallaşmalı olub. Lakin "Gülər Əhmədova olayı" ortaya çıxdığı üçün hakimiyyət bu məsələni arxa plana keçirməyə qərar verib. Həmçinin məlumatlarda qeyd edilir ki, Cavid Qurbanovun korrupsiya maxinasiyalarından başqa, deputatın hədəfə gəlməsinə səbəb onun bir müddət əvvəl sürücüsü və "kassiri" kimi ad çıxarmış Mahir Lənkaranlı (Quliyev) olub. Çünki PA-da müzakirələr zamanı bu məsələyə də toxunulub. Mənbənin sözlərinə görə, Cavid Qurbanovun sürücüsü Mahir Lənkəranlının adına İran İslam Respublikasından böyük məbləğdə pul köçürmələri və əməliyyatlar olub. Bu əməliyyatlar isə birbaşa "Bank of Baku" vasitəsilə həyata keçirilib. Bundan isə Cavid Qurbanov xəbərsiz olmayıb. Amma nədənsə "Azəryolservis" şefi Mahir Lənkaranlının radikal dindarlara əlaqələrinə göz yumub. Hətta Cavid Qurbanovun Mahir Lənkaranlıya ölkəni tərk etməsi üçün də şəarit yaratdığı bildirilir. Elə bu baxımdan Cavid Qurbanovla bağlı tədbirlərin görülməsi istiqamətində iş aparılır. Görüləcək tədbirin əsas qayəsi adıçəkilən şəxsin həbsi ilə yekunlaşmalıdır.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib

    Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib ...

    6-02-2014, 13:26

  • 
  • Ziya Məmmədov ciddi xəbərdarlıq etdi

    Ziya Məmmədov ciddi xəbərdarlıq etdi ...

    14-01-2014, 15:03

  • 
  • Avtomobil yolları ilə bağlı mühüm qərar

    Avtomobil yolları ilə bağlı mühüm qərar ...

    14-05-2014, 10:49

  • 
  • Ümumi daxili məhsulun- Statistikası

    Ümumi daxili məhsulun- Statistikası ...

    14-11-2013, 12:28

  • 
  • Asiya Bankı ilə Ziya Məmmədovun müştərək korrupsiya layihəsi

    Asiya Bankı ilə Ziya Məmmədovun müştərək ...

    1-08-2014, 02:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu