Cümə günü "Amazon" onlayn satış şirkətində ABŞ prezidenti Donald Trampın tvitləri yazılmış tualet kağızı satışa çıxarılıb.
Sözügedən tualet kağızlarında Trampın prezident olmadığı zamanlar yazdığı tvitlər yer alıb. "Amazon"un saytında qiyməti 11, 99 dollar olan bu məhsulların "Toilet Tweets" adlı şirkət tərəfindən satıldığı, lakin çatdırılmanın "Amazon" şirkəti tərəfindən yerinə yetirildiyi qeyd olunub. Lakin günün yarısında "Amazon" şirkəti kağızların satışı ilə bağlı məlumatı çıxarıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, məhsulun satışı ilə bağlı məlumat "üçüncü şəxslər vasitəsilə alınan" səhifəyə yerləşdirib./azxeber
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?