Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası dünyada təxminən 1,1 milyard insanın tualet ehtiyacını açıq yerlərdə qarşıladığını əsas götürərək 19 noyabr tarixini "Dünya Tualet Günü" elan edib. Ümumdünya Tualet Günü dünyanın 19 ölkəsində qeyd olunur.
BMT-nin hesablamalarına görə, 7 milyardlıq dünya əhalisinin 6 milyardı cib telefonuna sahib olduğu halda, 4,5 milyard insanın kafi tualet imkanı yoxdur. Hər gün 5000 uşaq tualetin səbəb olduğu infeksion xəstəliklərə və gigiyenik şəraitin məhdudluğuna görə vəfat edir. Təkcə Hindistanda 650 milyon insanın, yəni əhalinin yarısından çoxunun evində tualet yoxdur.
Bu rəqəmdən Azərbaycanın payına nə qədər düşür, məlum deyil.
Amma modern.az bildirir ki, bu məsələ ölkəmizdə də tam həllini tapmayıb. Hər gün minlərlə insan işə, görüşə gedir, paytaxtımıza yüzlərlə turist gəlir. Həm paytaxt sakinləri, həm də Bakının qonağı olan turistlər, şübhəsiz, eyni bir problemlə üzləşmək məcburiyyətində qalırlar: ayaqyolu problemi ilə. Demək olar ki, şəhərdəki bir çox parklarda ictimai tualet yoxdur. Bakının ən böyük gəzinti yerlərindən biri sayılan Fəvvarələr bağında mövcud olmuş ictimai ayaqyolunu təmir dövründə lüzumsuz biliblər.
Bu məsələ Bakı Metropolitenin bir çox stansiyalarında da problem olaraq qalır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?