Türkiyənin Ordu rayonunda iki qrup arasında "Dənizə alt paltarı ilə girmə" məsələsi üstündə dava baş verib.
Vətəndaşlar dəniz kənarına gələn başqa bir qrupdan bəzilərinin alt paltarı ilə dənizə girdiyini görüb. Bundan sonra vətəndaşlar həmin şəxslərə alt paltarla dənizə girilməmək barədə xəbərdarlıq ediblər. Xəbərdarlıqları nəzərə almayan kəslərlə vətəndaşlar arasında mübahisə düşüb. İki qrup arasında başlayan mübahisənin davaya çevrilməsi nəticəsində 3 nəfər döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili yardım maşınları ilə bir xəstəxanaya çatdırılıb. Davada iştirak etdiyi iddia edilən 10 nəfər isə polislər tərəfindən nəzarətə alınıblar.
Polis hadisənin boyüməməsi üçün sahildə bir müddət gözləməli olub, istintaq davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?