Tərtərdə kütləvi dava baş verib. Davada beş nəfər xəsarət alıb. Hadisə rayonun Qarağacı kəndi ərazisində baş verib. Kəndin yaxınlığında məskunlaşan məcburi köçkünlərə məxsus mal-qara Qarağacı sakinlərinin otlaq sahəsinə girib. Heyvanları ərazidən çıxaran sakinlər məcburi köçkünlərə mal-qaranı otlaqlarına buraxmamaq barədə xəbərdarlıq edib.
Bu zaman tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Hadisə yerinə polis cəlb olunub və davanın qarşısı alınıb. Nəticədə Qarağacı kənd sakinləri Xəqani, Fariz və Xaliq Quliyev qardaşları, onların əmisi Fəqan Quliyev müxtəkif bədən xəsarətləri alıb. Polis səhərə qədər kənddə keşik çəkib.
Tərtər polis şöbəsindən verilən məlumata görə, daha sonra şöbəyə məcburi köçkün, əslən Ağdamın Şotlanlı kəndindən olan və hadisənin baş verdiyi ərazidə məskunlaşan Aytən Abışova da müraciət edərək davada xəsarət aldığını bildirib. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?