ABŞ və Şimali Koreya arasında yaranan gərginlikdən sonra bir çox ölkələr əlavə tədbirlər görməyə başlayıb
ABŞ prezidenti Donald Trampın nüvə hücumu hədəsindən sonra Şimali Koreyada səfərbərlik başlayıb və 3,5 milyon şəxsin orduya qatılmaq üçün müraciət etdiyi bildirilir, ölkədə isə Tramp əleyhinə aksiyalar təşkil edilib.
Anketlərə görə ABŞ prezidentinin son Şimali Koreya açıqlamalarından sonra Trampı dəstəkləyənlərin sayı 6% artaraq 45%-ə çatıb.
Təhdid altında olan Cənubi Koreyada insanlar qida stokları yaradır və sığınacaqlar tikməyə başlayıblar.
Şimali Koreyanın raket hücumu təşkil edəcəyini dediyi Quam adasında da eyni vəziyyətdir. İnsanlar qida ehtiyyatları yaratmağa başlayıblar.
Yaponiyada isə bəzi şirkətlər fəaliyyətini dayandırıb.
Rusiya ehtimal edilən müharibəyə və müdaxiləyə hazır olduqlarını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?