Şimali Koreya lideri Kim Çen In ölkədəki bütün nüvə silahlarının döyüşə hazır vəziyyətə gətirilməsini əmr edib.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, dövlət başçısı bu qərarı hərbi təlimlər zamanı verib.
Ölkə lideri Cənubi Koreyadakı əsas hədəflərin nişan alınmasını tapşırıb.
Xatırladaq ki, Şimali Koreyanın bu qərarı BMT Təhlükəsizlik Şurasının rəsmi Pxenyana qarşı son 20 ilin ən ağır sanksiya qərarını verdikdən sonra qəbul olunub.
Bu arada ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazır olduğunu açıqlayıb.
Pentaqondan verilən məlumata görə, Şimali Koreyanın qitələrarası nüvə başlıqlı ballistik raketlərə sahib olması inandırıcı deyil.
"Lakin ehtiyac olduqda ABŞ Şimali Koreyanın nüvə arsenalını məhv etməyə hazırdır", - deyə Pentaqon rəsmisi bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?