Bu gün bütün dünyada dəyəri 30 milyon dollardan başlayan ən bahalı daşınmaz əmlak, 500-ə qədər obyekt satılır.
Bu obyektlərin çoxu ABŞ-dadır və dəyərinə görə müvafiq reytinqdə bu ölkə birinci sıradadır. İkinci yerdə Rusiyadır. Məlumata görə, ABŞ-da 150-dən çox ən bahalı apartament, rezidensiya və torpaq sahəsi satışa çıxarılıb. Bu ölkədə ən bahalı daşınmaz əmlakın dəyəri 250 milyon dollardır. Bu, dünyada ən yüksək göstəricidir. Həmin qiymətə iki obyekt təklif olunur: Texasda 137kvadrat kilometrlik ranço və Los-Ancelesin Bel-Eyr rayonunda villa. Rusiyada 50 ən bahalı daşınmaz əmlak obyekti var. Burada yuxarı hədd ABŞ-dakından aşağıdır – 111,5 milyon dollar dəyərindədir. Bu qiymətə Moskva ətrafındakı keçmiş “Barvixa” sanatoriyasının 2,4 min kvadratlıq ərazisi təklif olunur. Lider “üçlük”də Böyük Britaniyadır. Ən bahalı obyekt hazırda London şəhəri ətrafındakı tarixi yerdir. Buranı 103,8 milyon dollara almaq mümkündür. Ərazisi 4,8 min kvadrat metrdir. Dördüncü sırada İsveçrədir. Cenevrə gölünün sahilindəki villa 59 milyon dollara təklif olunur. Beşinci sıradakı Fransada 23 ən yüksək dəyərli obyekt satışa çıxarılıb. Məhz burada dünyada ən bahalı villa – Kannın yaxınlığında Palais Bulles adlı obyekt satılır. Dəyəri 411 milyon dollardır.
Sorğu
Yeni dizaynımız necədir?