GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda oliqarxlar villalarını kütləvi şəkildə satışa çıxarıb - siyahı

Bakıda oliqarxlar villalarını kütləvi şəkildə satışa çıxarıb - siyahı

Tarix: 22-07-2015, 13:43 Bölmə :Ölkə Baxış: 0
Bakıda oliqarxlar villalarını kütləvi şəkildə satışa çıxarıb - siyahı

Bir neçə il əvvələdək Bakıda çox az sayda qiyməti milyonu keçən ev elanlarına rast gəlmək olurdu.

İndi belə elanların sayı gündən-günə artır. Özü də qiyməti milyonla ölçülən bu evlər 10 il əvvələdək elə də prestijli sayılmayan ərazilərdə yerləşir.

Belə evlərdən biri Abşeronda Saray qəsəbəsində yerləşir. 1 milyon 700 min dollara satılır. 10 otaqlı evdir, 2400 kvadratmetr sahəsi var. Onun 900 kvadratmetri yaşayış sahəsidir.

1 milyon 200 min manata isə Badamdar qəsəbəsində 4 mərtəbəli 7 otaqlı ev satılır.

Xətai rayonunda 1 milyon 150 min manata satılan evin sahəsi 800 kvadratmetrdir.

Ya da Maştağa qəsəbəsində 1 milyon 200 min manata 3 mərtəbəli ev satılır.

Bu evin satışı ilə məşğul olan, adını çəkmək istəməyən ev dəllalı deyir ki, indi bazarda bu cür bahalı evlər çoxdur. Həm də belə evlər elə də tez satılmır: “1 milyon 200 min zarafat pul deyil. Satılmasının geci-tezi var. Bu evin zirzəmisi də ev kimidir. Yüksək səviyyəli təmirlidir, türk hamamına qədər hər şey var”.

Ev dəllalı deyir ki, indi bazarda bundan da baha qiymətə evlər var. Satışda olan ən bahalı evin qiyməti isə 8 milyon manatdır: “8 milyona ev var. Ümumiyyətlə, satışda milyonluq evlər çoxdur”.

Bina evlərində də belə bahalı evlər var. Qiyməti 1 milyon 380 min manat olan 4 otaqlı, sahəsi 243 kvadratmetr mənzil 14-cü mərtəbəli yeni tikilinin 6-cı mərtəbəsində yerləşir. Bakıxanov küçəsindədir.

Satıcısı evi qısaca belə tərif edir: “Həmin bina Bakı şəhərində ən bahalı binadır. Adına “Şəhər bağları” deyirlər - “Clock Tower”. 250 kvadratmetrdir, 4 otaqlıdır”.

20 mərtəbəli evin 11-ci mərtəbəsində ərazisi 216 kvadratmetr olan 4 otaqlı mənzil isə 900 min manata satılır. Bina metronun “28 may” stansiyası ərazisində yerləşir.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, 4-5il əvvələ qədər belə bahalı evlərin elanı verilmirdi: “Ev sahibləri, mülkiyyətçilər bu cür evlərin ictimailəşdirilməsini istəmirdilər. Ancaq indi belə deyil. İndi 5 milyonluq əmlaklar belə rahat şəkildə elan saytlarında, qəzetlərdə yerləşdirilir. Bu evlərin qiyməti tikinti xərclərindən, ərazinin kifayət qədər böyük olmasından irəli gəlir. Elə ev var ki, onun tikintisinə çəkilən xərc doğrudan da 5 milyona manata yaxın olur”.

Ekspert deyir ki, bu gün bazarda bu cür bahalı evlər çox olsa da satışı uzun çəkir:“Belə evlərdə ekspozisiya müddəti həddən artıq çoxdur. Xüsusilə də indiki situasiyada. Bu gün bazarda vəziyyət olduqca acınacaqlıdır, gərgindir. Daşınmaz əmlak bazarında ciddi bir alıcı qıtlığı, böhran var. Xüsusən indiki şəraitdə bu cür evlərin alıcılarını tapmaq olduqca problemlidir. Ümumilikdə dəyəri 1 milyon manatdan yuxarı olan daşınmaz əmlakların satışının ekspozisiya müddəti 6 aydan daha yuxarıdır”.

Bir müddət əvvəl Yunanıstanda iqtisadi böhranla bağlı bu ölkənin varlı adamları adalarını satışa çıxarmağa başlayıblar. Daşınmaz əmlak mütəxəssisləri Egey dənizinin incisi sayılan bu adaları alanların gələcəyə əla investisiya qoyacaqlarına əmindir. Adaların qiyməti böyüklüyü, özünəməxsus xüsusiyyətləri və qiymətə təsir edən amillərdən biri - şirin suyun olub-olmamasına görə dəyişir. Bu adaların içində qiyməti 3 milyona olan 10 ada da var.

Dünyanın ən tarixi turizm şəhərlərindən olan İstanbulda isə boğazın sahilində qiyməti 1 milyondan 120 milyon dollara qədər olan tarixi yalılar satılır. Onların arasında qiyməti 1 milyon dollara olanlar da var. Lap Bakıdakı bina evlərinin qiyməti kimi. Boğaz mənzərəli müasir villalar arasında isə qiyməti 1 milyona çatmayan (400-800 min dollar arasında dəyişən) yetərincə mülk tapmaq olar.

Bu yaxınlarda sosial şəbəkələrdə Bakıda qiyməti 10 milyon və 16 milyon dollara satılan evlər müzakirə olunurdu. Ev dəllalları deyirlər ki, adətən 10-16 milyonluq evlərin sahibləri həmin mülklər haqqında qəzetlərdə elanlar vermir, tanış makler tapıb satmağa çalışırlar.

Ev dəllalı Vidadi Əmirov “Azadlıq”a deyir ki, belələri yəqin bəd nəzərdən, ya da “bu qiymətə ev sənə haradandır” sualından qorxurlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara satılır

    Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara ...

    27-12-2013, 22:51

  • 
  • Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon

    Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 ...

    28-03-2017, 23:10

  • 
  • Bakıda satışa çıxarılan bahalı villalar: 12 milyon manat...

    Bakıda satışa çıxarılan bahalı villalar: 12 ...

    19-08-2015, 15:15

  • 
  • Ən bahalı evlər satılan ölkələr: SİYAHI

    Ən bahalı evlər satılan ölkələr: SİYAHI ...

    22-08-2017, 17:23

  • 
  • 1 dollarlıq ev satılır

    1 dollarlıq ev satılır ...

    2-08-2013, 00:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu