Başa düşürlər ki, belə davam etməsi mümkünsüzdür, islahata getməyə isə siyasi iradə çatmır
gundemxeber.az «Gündəm-xəbər»in özəl kanallarla əldə etdiyi informasialarda bildirilir ki, beynəlxalq birlik Azərbaycan hakimiyyəti qarşısında konkret tələblər qoyub və bu tələblər tezliklə yerinə yetirilməyəcəksə o zaman 2013 seçkiləri ilə bağlı təzyiqlərin artırılacağı gözlənilir. Bununla bağlı qəzetimizi bilgiləndirən mənbə iddia edir ki, Qərbin siyasi dairələri hakimiyyətin 2013-cü il planından tam xəbərdardır və bütün bunlara göz yumması müqabilində rejim sahibindən siyasi islahatlar tələbedir. Mümkün siyasi təzyiqlərdən ehtiyyatlanan Əliyevlər rejimi isə bununla bağlı preventiv addımlarını davam etdirir. Korrupsiyaya qarşı mübarizə görüntüsü, sənədsiz evlərin qeydiyyata alınması vədi (hələlik bu istiqamətdə hər hansı addım atılmayıb-red), sözdə sahibkarlara qayğının artırılması və s. məhz belə tədbirlərdəndir. Hakimiyyət eyni zamanda ciddi kadr islahatına gedib-getməməklə bağlı da ciddi tərəddüdlər keçirir. Halbuki hakimiyyətin qarşısında qoyulan əsastələblər siyahısında məhz sonuncu daha mühüm sayılar. Amma göründüyü kimi rejim hələ ki, bununla bağlı konkret və qəti addımlar atmağa tələsmir. Qeyd edək ki, uzun illərdir nazir vəzifəsində çalışan bir neçə məmurun əvəzlənməsi ilə bağlı beynəlxalq təşkilatlar da konkret təkliflər irəli sürüblər. Xüsusilə də müdafiə naziri Səfər Əbiyevin mülki şəxslə əvəzlənməsi, daxili işlər naziri Ramil Usubovun istefaya göndərilməsi beynəlxalq birliyin daha çox önəm verdiyi məsələlərdir. Amma bu günə qədər bu tövsiyyələrin heç bir reallaşmayıb. İndi isə hakimiyyət bir neçə naziri istefaya göndərməklə Qərbin siyasi institutlarının etimadını qazanmaq istəyir. Bununla belə həmin məsələdə hakimiyyət təmsilçiləri iki düşərgəyə bölünüb və «islahatlar» heç də həmin qruplar tərəfindən birmənalı qəbul olunmur. Əldə etdiyimiz məlumata görə, bu günlərdə hakimiyyətin yuxarı eşalonunda sözügedən məsələylə bağlı qapalı toplantı keçirilib. Toplantının başlıca mövzusu ölkədəki seçkiöncəsi ictimai-siyasi durum və hazırkı siyasi durumdan mümkün çıxış yolları olub. Məlumatlı mənbənin sözlərinə görə, tədbir olduqca gərgin keçib və müzakirələrin gedişi zamanı kəskin fikir ayrılıqları müşahidə olunub. Belə ki, toplantıda iştirak edənlərin bir qrupu iddia edib ki, indiki dövrdə hər hansə güzəşt və ya yumşaq addım cəmiyyətdə və beynəlxalq dairələrdə hakimiyyətin geri çəkildiyi görüntüsü yaradacaq ki, bu da əhalinin daha da cəsarətlənməsinə səbəb olacaq. Nəticə etibarilə, bu nüans daha çox müxalifətin xeyrinə işləyəcək. Bu fikrə qarşı olanlarsa, siyasi və iqtisadi, eyni zamanda kadr islahatlarının zəruriliyi fikrini müdafiə ediblər. İslahat tərəfdarı olanlar hesab edirlər ki, məhz bu addım cəmiyyətdəki gərginliyi, iqtidarla müxalifət, iqtidarla xalq arasındakı antoqanist münasibətləri xeyli dərəcədə mülayimləşdirə bilər. Mənbənin dediyinə görə, müzakirənin sonunadək hər iki tərəf öz mövqeyindən çəkilmədiyinə görə vahid qərara gəlinməyib. Buna səbəb həm də, hər iki tərəfin dolayısı ilə öz maraqlarından çıxış etməsi olub. Yəni, islahatçılar hakimiyyətdə kadr islahatlarının zəruriliyini önə çəkərkən daha çox mühafizəkar kəsimə aid məmurların dəyişdirilməsini tələb ediblərsə, əks düşərgə əslində köhnələrin iqtidara daha sədaqətli olduqları arqumentini önə sürərək təklifə qarşı çıxıblar. Bütün bunlara rəğmən, mənbə bildirir ki, gələn həftədən etibarən rüşvət və korrupsiyaya qarşı mübarizənin yeni dalğasına start veriləcəyi gözlənilir. Bu dəfəki dalğa isə daha yuxarı dairələri əhatə edəcək və bundan sonra növbəti dəfə cəmiyyətin nəbzi yoxlanacaq. Nazim
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?