Bakı şəhərinin Xətai rayonu ərazisində 14 yaşlı qız itkin düşüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsində yaşayan 1974-cü il təvəllüdlü Əliyeva Zülfiyyə Əli qızı 36-cı Polis Bölməsinə müraciət edib. Qadın bildirib ki, qızı, 1999-cu il təvəllüdlü Salmanova Ləman Əhəd qızı noyabrın 9-da saat 18 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Z.Əliyeva 14 yaşlı qızının xarakterik əlamətləri və evdən çıxarkən geyindiyi paltarlarla bağlı qeyd edib. Hazırda məktəbli qızın tapılaraq ailəsinə qaytarılması istiqamətində axtarış tədbirləri aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?