“Mardan Palace”ın sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxanın lüks avtomobili bir şirkət tərəfindən müsadirə edilib. Türkiyə KİV xəbər verir ki, iş adamının oğlunun 465 min lirə borcu qarşılığında maşına müsadirə qərarı çıxarılıb. Məşhur otelin baş direktoru Selçuk Şentepe də borcları ilə əlaqədar olaraq çətin günlər yaşadıqlarını etiraf edib. Şentepe həmçinin bildirib ki, “Mardan Palace”ın sahibi Türkiyə 1,5 milyard dollar sərmayə qoyub, qarşılığı bu olmamalı idi: “Maşını müsadirə edildi” başlığı ilə gündəmə gəlməməli idilər”. Xatırladaq ki, ötən gün Rusiyada hüquq-mühafizə orqanları azərbaycanlı iş adamı Telman İsmayılova aid 12 ünvanda axtarış aparıblar.
Sorğu
Yeni dizaynımız necədir?