“Budur Superstar?! Budur Ajda Pekkan?! Bu qadını səhnədən düşürün!"
Azərbaycanlı biznesmen, Antaliyadakı “Mardan Palace” otelinin sahibi Telman İsmayılov məşhur türkiyəli müğənni Ajda Pekkanı təhqir edib.
Türkiyə mətbuatına istinadən məlumata görə, biznesmen həyat yoldaşı Samirənin doğum gününü qeyd etmək üçün ötən çərşənbə günü “Mardan Palace”da 60 nəfərlik ziyafət təşkil edib. İş adamı özəl gecədə çıxış etməsi üçün Ajda Pekkanı dəvət edib.
Telman İsmayılov superstara gecədə səhnəyə çıxması üçün 300 min lirə ödəyib, lakin onun performansını bəyənməyib. Bir anda əsəbləşərək masadan qalxan İsmayılov “Budur Superstar?! Budur Ajda Pekkan?! Bu qadını səhnədən düşürün!" - deyərək kobudluq edib.
Qonaqlar işadamının bu hərəkətinə xeyli təəccüblənsələr də İsmayılov müğənnini təhqir etməyə davam edib. Ajda Pekkan biznesmenin belə bir hərəkəti niyə etdiyini anlamayıb. Köməkçisi onu səhnədən düşürəndən sonra çamadanlarını yığaraq oteli tərk edib.
Türkiyə mətbuatı Telman İsmayılovun bu hərəkətini tərbiyəsizlik adlandırraq “Pekkan Star gibi geldiği "Mardan Palace"tan yine Star gibi çıktı” deyə şərh edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?