GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

Tarix: 23-09-2017, 17:24 Bölmə :Maraqlı Baxış: 637
Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq


Tezliklə Yer kürəsində kəskin soyuqlaşmalar başlanacaq. Bununla bağlı NASA alimləri proqnoz verib. Alimlərin açıqlamasında görə Yer kürəsində havaların kəskin soyuması prosesi 2030-cu ildən başlanacaq. Planetimizdə mövcud olan hərarətin 60 faizinin yox olması nəticəsində Yer kürəsinin hər yerində “mini buzlaşma dövrü” yaşanacaq. 2030 - 2040-cı illərdə Yer kürəsi son 300 ilin ən soyuq günlərini yaşayacaq.

Alimlər həmçinin ilin fəsillərində də dəyişikliyin olacağını, yaz və payızın ləğv olacağını bəyan ediblər. Bu il isə ölkəmizdə sentyabrın avqust ayı kimi isti keçməsi isə yaxın aylarda havanın kəskin dəyişəcəyi ilə bağlı iddiaları gündəmə gətirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyev isə Publika.az-a açıqlamasında soyuqlaşma yox, gözlənilən qlobal istiləşmənin bütün bəşəriyyəti çox ciddi təhdid etdiyini deyib.
Onun sözlərinə görə, dünya birliyi qlobal iqlim sistemindəki bu dəyişmələrin qarşısını almaq və ya heç olmasa azaltmaq üçün yollar aramaqdadır. O, bunu sənayeləşmə dövrü başlayandan bəri (1750) Yer atmosferində istixana effekti yaradan qazların miqdarının ildən-ilə artması ilə əlaqələndirib.
İ.Əliyev dünyada eləcə də ölkəmizdə buzlaşmanın proqnozlaşdırılmasının yanlış və heç bir məntiqi əsası olmayan məlumat olduğunu vurğulayır: “Hələ ki, hər iki qütbdə də buzlar yenicə əriməyə başlayıb. Bu isə qlobal iqlim dəyişmələrinin nəticəsində baş verməkdədir. Lakin qütblərdə buzlaqların mövcudluğu kəskin temperatur amplitudası nəticəsində, böyük təzyiq fərqi yaranır ki, bu da soyuq hava kütlələrinin daha sürətlə isti ərazilərə daxil olmasına münbit şərait yaradır və nisbətən isti iqlimə xas ərazilərdə qısamüddətli soyuqlar ola və qar yağa bilər. Lakin ümumi tendensiya istiləşməyə doğrudur və belə anomal halların olması mümkündür. Hətta keçən il Ərəbistan Yarımadasında qar yağması da bunun nəticəsidir. Məsələn, ölkəmizdə uzun müddətli istilər səbəbindən təzyiq düşə bilir, bu zaman şimalla temperaturda çox kəskin fərq yarandığı halda sürətli soyuq hava dalğası daxil ola bilir. Lakin bu müəyyən zaman çərçivəsində olur, bütün bunlar istiləşməni fonunda baş verir və ümumi tendensiya istiləşməyə doğrudur”.
İ.Əliyev gələcəkdə buzlaşma yox, quraqlıqların artması, daşqınların, sellərin, istilik stresslərinin həm gücünün, həm tezliklərinin daha da artacağının gözlənildiyini deyib: “Bu da kənd təsərüfatı, su təsərrüfatı, meşə və digər daha kövrək sektorlarda böyük itkilərlə müşaiyət olunacaq və artıq biz bunun işartılarını görməkdəyik. Buzlaqlar əridiyindən dəniz səviyyəsinin qalxması gözlənilir. Aprel ayından bu vaxta qədər Abşeron yarımadasında, eləcə də bir sıra kənd təsərrüfatı rayonlarında quraq hava müşahidə edilir. Bunlar bizi gələcəkdə gözləyən halların bir qismidir. Bu gün dünya qlobal istiləşmədən danışır. Yalnız bəzi ekspertlər qlobal buzlaşma haqqında iddialar irəli sürür. Bu fikirlər ictimaiyyəti və bəzən də qərar qəbul eləyən şəxsləri çaşdırır. Çünki biz sel, daşqın, yanğın və quraqlığa hazırlıqlaşmalıyıq. Artıq ölkəmizdə qlobal istiləşmə ilə bağlı adaptasiya planı üzərində iş gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası ilə istiləşmə zamanı itkiləri minimuma endirmək üçün Milli fəaliyyət planı hazırlanır”.
Yaz və payız fəsillərinin sıradan çıxmasına gəldikdə İ.Əliyev bu fikirlə tam razılaşmasa da, fəsillərin müddətində dəyişikliyin olduğunu bildirir: “Yayın ömrü uzanır. Qışın ömrü isə getdikcə qısalır. Oktyabrda havanın kəskin soyumasını proqnozlaşdırmaq isə doğru deyil. Son 100 ildə Azərbaycanda temperatur təxminən 1 dərəcəyə yaxın artıbsa, Tundrada 4-5 dərəcə artıb. İqlim dəyişmələrinin əsas xüsusiyyəti soyuq fəsillərin, soyuq bölgələrin isti ərazilərə nisbətən daha çox qızmasıdır. Yəni soyuq aylar daha çox istiləşəcək. İqlim sistemi qeyri-xətti proses olduğundan iqlimə bağlı proqnoz vermək çox çətindir. Bunu müxtəlif iqlim ssenariləri əsasında etmək olar ki, bu da bir neçə variantdan biri ola bilər. (100 mümkün variantdan biri) Bu baxımdan bu il qışın soyuq keçəcəyini demək professional yanaşma deyil. Qışda Azərbaycanda hava isti keçsə, təzyiq aşağı endiyi halda şimaldan soyuq dalğa daxil ola və güclü qar yağa bilər. Bu da qış mövsümü ərzində bir ya da iki dəfə ola bilər. Ancaq bu yalnız fərziyyədir. Dünyada elmin indiki inkişafı hələlik iqlimə tam proqnoz verməyə imkan vermir”.

Çaylarda su 50 faiz azalacaq

Coğrafiya elmləri namizədi, Su ehtiyatları üzrə mütəxəssis Rafiq Verdiyev iqlimdə dəyişmə tendensiyasının müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, son illər su ehtiyatlarında azalma müşahidə edilir, yayda çayları qidalandıran su da azalmağa başlayıb.
“Son 20-30 ildəki su ehtiyatları, temperaturu ilə bağlı məlumatları təhlil edəndən sonra il boyu havanın temperaturunun 1-1.5 dərəcə artdığını müəyyən etdik. Bu artım çaylarda suyun azalmasına səbəb olub. Bu tendensiya hər il müşahidə edilir. Bu da iqlim dəyişmələri və istiləşmənin müşahidə edildiyini deməyə əsas verir. Yaxın 50-100 ilə qədər iqlimdə baş verəcək dəyişikliklərlə bağlı proqnozlarda antorpogen amillərlə bağlı olduğu bildirilir. Sənaye bu cür inkişaf etsə, 50 ilə bu temperatur 3-4 dərəcə artacaq. Temperaturun bu cür artımı çaylarda suyun səviyyəsinin 50 faiz azalmasına səbəb olacaq, su ehtiyatlarımız tükənəcək”.
Onun sözlərinə görə, qlobal soyuqlaşma ilə bağlı fikirlər isə sadəcə ayrı-ayrı alimlərin iddialarıdır, bununla bağlı elmi araşdırma yoxdur: “Bəzi illərdə qış indikindən soyuq, yay isə isti ola bilər. Lakin bu daimi proses deyil. Son 20-30 ilin bütün fəsillərdə temperaturun artması müşahidə edilir. Bu artımın davam edəcəyi proqnozlaşdırılır. Ona görə də qlobal soyuqlaşma ilə bağlı ciddi arqument yoxdur. Bununla yanaşı yay fəslinin müddəti uzana, 5 ay ola bilər. Lakin birbaşa qış fəsli ilə arada bir keçid olmalıdır. Yaz və payızın isə keçid fəsilləri kimi müddəti azala bilər. Qış fəslində müəyyən istiləşmə müşahidə ediləcək. Lakin qışın da tamamilə sıradan çıxması da doğru fikir deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yer kürəsinin yeni fotosu

    Yer kürəsinin yeni fotosu ...

    20-12-2015, 14:55

  • 
  • National Geographic:Azərbaycanın bir hissəsi suyun altında qalacaq

    National Geographic:Azərbaycanın bir hissəsi ...

    8-11-2013, 19:55

  • 
  • Yer kürəsinin böyük hissəsi məhv olacaq

    Yer kürəsinin böyük hissəsi məhv olacaq ...

    13-09-2016, 13:42

  • 
  • NASA Yer kürəsinə bənzər yeni planet kəşf etdi

    NASA Yer kürəsinə bənzər yeni planet kəşf etdi ...

    23-07-2015, 19:31

  • 
  • Alimlərdən qorxunc proqnoz: "Fəlakət gəlir..."

    Alimlərdən qorxunc proqnoz: "Fəlakət ...

    14-12-2014, 00:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu