NASA Yer kürəsinin Ayın səthindən ən yüksək dəqiqliklə çəkilmiş görüntüsünü yayıb. Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, görüntüdə Yer kürəsi Ayın üfüqü üzərindən yüksəlir.
Bu görüntü 1972-ci ildə "Apollo 17" hava gəmisinin 29 min kilometr məsafədən çəkdiyi və dünyanı tam olaraq göstərən məşhur "Blue Marble" fotosunu xatırladır.
Planetimizin yeni fotosunda sağ üst tərəfdə Saxara səhrası, onun yanında Səudiyyə Ərəbistanı, solda isə Atlantik və Sakit okeanlar görülür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?