Bakıda hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Pünhan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Pünhan Abdullayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhər sakini Samirə Əliyeva (ad və soyad şərtidir - red.) hüquq-mühafizə orqanlarına müraciət edib. O, bildirib ki, Mingəçevir şəhər sakini Pünhan Abdullayev ilə sosial şəbəkədə tanış olub. Onların tanışlığı sonradan isti münasibətə çevrilib.
Pünhan Abdullayev Samirə ilə intim əlaqədə olarkən, onu videoya çəkib. Daha sonra o, qadını videoları sosial şəbəkələrdə yayacağı ilə hədələyib və 1500 manat pul tələb edib.
Samirə Əliyevanın şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat həyata keçirib.
İdarə əməkdaşları tərəfindən Pünhan Əliyev Samirədən 1500 manatı alarkən həbs edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?