Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini Etibar Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, vətəndaşların etimadından sui-istifadə etməkdə təqsirləndirilən E.Ələkbərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?