GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Çətin tərbiyə olunan uşaqlarla necə davranaq? — Valideynlərə məsləhət

Çətin tərbiyə olunan uşaqlarla necə davranaq? — Valideynlərə məsləhət

Tarix: 5-11-2017, 17:38 Bölmə :Maraqlı Baxış: 352
Çətin tərbiyə olunan uşaqlarla necə davranaq? — Valideynlərə məsləhət



Yəqin ki, küçədə, parkda, metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə rast gəlmisiniz. O görüntü heç birimizə xoş təsir bağışlamır. Dərhal da valideyni qınamağa başlayırıq.

Fikirləşirik ki, küçədə, camaatın içində belə edirsə, gör, evdə neyləyir?! Bəs görəsən, bu cür şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? Doğrudanmı, şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır?

“Uşaqları belə cəzalandırmaq olmaz”

Mövzu ilə bağlı "ailem.az"a danışan psixoloq Aydan Talıbova deyir ki, bir çox valideynlər çıxış yolunu uşaqları döyməkdə görürlər. Elə bilir şiddət göstərməklə uşaq onların sözünə qulaq asacaq. Halbuki bu, doğru üsul deyil: “Valideyn deyir, uşağı döyəcəm, ona cəzalar verəcəm, şantaj edəcəm ağıllanacaq. Çox hallarda ana uşağı hədələyir ki, gözlə, atan gələndə deyəcəm döysün səni. Bu cür şantaj edərək, uşağı döyməyə, şiddətə meylləndirir. Şiddət dedikdə təkcə fiziki şiddətdən söhbət getmir. Sözlü şiddətdən, daha çox neqativ söyüşlərdən, təhqiramiz ifadələrdən də istifadə edirlər”.

Psixoloqun sözlərinə görə, ümumiyyətlə, uşaqları döymək düzgün metodika deyil. Bu, uşaqlarda aqressiyaya gətirib çıxarır: “Uşağı hədələyib qorxutmaq da onların psixologiyasına mənfi təsir edir. Məsələn, uşağa deyirlər ki, səni qoyub gedəcəm, yaxud uşaq evinə verəcəm. Ya da qaranlıqda saxlayacam, gecə qoyacam qapıda qalasan. Bu kimi ifadələr uşaqları daha çox qorxutmağa yönləndirilir. Belə uşaqlarda artıq qorxular yaranmağa başlayır. Bu yaxınlarda Amerikada bir hadisə oldu. Ata 3 yaşlı uşağını cəzalandırmaq üçün onu bayırda qapının ağzında qoyur. Bir müddət keçdikdən sonra görür ki, uşaq orada yoxdur. Sonradan uşağın ölüsü tapılır. Üç yaşlı körpə nə bilsin ki, neyləmək lazımdır və yola düşüb gedib. Yəni bu cür cəzalar düzgün deyil. Uşaqları belə cəzalandırmaq olmaz. Bu, əksinə, onlara mənfi təsir göstərir”.

“Valideynlərim də məni döyüb”

A. Talıbova vurğulayır ki, övladına şiddət göstərən valideynlərlə çox rastlaşır. Onlara niyə uşağı döyürsünüz sualını verəndə isə qəribə cavab eşidir: “Deyirlər, mənim valideynlərim də uşaq olanda məni döyüblər. Mən də atamdan, anamdan belə görmüşəm. Görürsünüzmü? Uşağa kiçik vaxtından bu nümunəni göstərəndə o da böyüyəndə eyni cür davranır. Buna görə də həmişə valideynlərə səslənirik ki, əgər uşaqlarınızla bacara, onu düzgün yönləndirə bilmirsinizsə, mütəxəssisə yönləndirin. Bu sahədə öz sözünü demiş psixoloqlar var”.
“Mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım”

A.Talıbova təəssüflə qeyd edir ki, valideynlərin çoxu uşağını psixoloqa aparmaq istəmir. Çünki elə bilirlər ki, psixoloq psixlərin həkimidir: “Onların düşüncəsində belə bir fikir yer alıb - mənim uşağım dəli deyil ki, onu psixoloqa aparım. Psixoloq sözündə psix sözü olduğu üçün düşünürlər ki, biz dəlilərlə çalışırıq. Amma psixoloq insanların ruhi vəziyyətinə, emosional yaşına dəstək olur. Məsələn, özlərini pis aparan, dəcəllik edən, digər uşaqları döyən, yəni davranış pozuntuları olan uşaqlara psixoloji dəstək mütləqdir. Daha çox hiperaktiv davranış pozuqluğu olan uşaqlarda bu hallara rast gəlirik. Bu isə ailədən gələn bir durumdur. Hiperaktivlik genetikaya dayanır, davranış pozuntusu isə sonradan, ətraf mühitin təsirindən yaranan bir pozuntudur. Bir çox hallarda valideynlər özləri uşaqları təhrik edir ki, bu cür davransınlar. Məsələn, uşaq ikən xırda kaprizlərinə göz yumuruq. Uşağın 3 yaşı var, bağçaya getmək istəmir, ağlayır. Ana da deyir ki, yaxşı, getmə. Və şüuraltı olaraq uşaq böyüdükcə daha artıq narahatlıqlar yaratmağa başlayır. Sabah o, gedib kiminsə şüşəsini, qapısını qıracaq, kiminsə uşağını döyəcək və sair. Əgər uşaqların davranışında xırda bir qüsur görürüksə, zamanında onun üzərinə düşməliyik”.

Artıq valideynin uşağa gücü çatmır

Həkim onlara müraciət edənlər arasında böyük yaşlı uşaqların çoxluq təşkil etdiyini bildirir. Çünki zamanında müdaxilə olunmayıb və indi də uşaq böyüyüb, artıq valideynin ona gücü çatmır: “Yanımıza 5-6-7 yaşlı uşaqlar gəlir, adamı dişləyir, əlinə nə keçirsə, adamın başına atır. Bir uşaq nənəsinin saçını yolduqdan sonra ailə bizə müraciət etmişdi. Mən bir mütəxəssis olaraq böyük uşaqlara acıyıram. Çünki cəmiyyətin belə uşaqların üzərində qurulmasını istəmirəm. Belə uşaqlar gələcəkdə avtoritet olurlar, daha çox türməyə düşürlər, polis bölmələrində olurlar. Mən istəmirəm, uşaqlarımızın axırı belə olsun”.

Valideynlərin üzərinə böyük iş düşür

A.Talıbova qeyd edir ki, uşaqlar düzgün yönləndirilməsində əsas və böyük iş məhz valideynlərin üzərinə düşür: “Evdə valideyn 3 yaşına qədər uşağı düzgün yönləndirməlidir. 3 yaşından 5 yaşına qədər bağça yaş dövrü gəlir. Bağçada müəllimlər, təlimçilər düzgün yönləndirməlidir. Ondan sonra məktəbəqədər hazırlıq və məktəb dövrü başlayır. Burada da biz artıq cəmiyyətə yönlənirik, sosiallaşırıq. Valideyn görsə ki, övladı ilə bacarmır, onun daha qlobal bir iş törətməsini gözləmədən mütləq mütəxəssisə müraciət etsinlər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox əziyyət verir?

    Uşaqlara hansı psixoloji narahatlıqlar daha çox ...

    15-10-2015, 15:49

  • 
  • 3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan - YENİ XƏBƏR

    3 azyaşlını atıb sevgilisinə qoşulub qaçan anadan ...

    31-07-2017, 16:47

  • 
  • Valideynlərə xəbərdarlıq (VİDEO)

    Valideynlərə xəbərdarlıq (VİDEO) ...

    27-11-2013, 02:36

  • 
  • Uşağını evdə tək qoyan valideynlər cəzalanacaq

    Uşağını evdə tək qoyan valideynlər cəzalanacaq ...

    25-12-2013, 15:46

  • 
  • Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz qalır

    Zorakılığa təkcə qadınlar deyil, kişilər də məruz ...

    31-01-2017, 21:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu