Bazarda xırda ticarətlə məşğul olduğundan cibində həmişə kiçik nominallı qəpiklər olur. Bu pulları ictimai nəqliyyatda yol pulu kimi ödəmək istədikdə isə problemlə üzləşir.
Gəncə sakini Bəxtin Qədirzadə deyir ki, cibində çox vaxt 3 və 5 qəpikliklər olur. Avtobusda ödənişı həmin qəpiklərlə etmək istədikdə isə sürücülərlə arasında problem yaşanır. Bu məsələ Bəxtin üçün artıq ciddi çətinlik yaradır. Bəzi sürücülərlə bu məsələyə görə arasında ciddi narazılıq da olub. Avtobus sürücüləri isə məsələ ilə bağlı deyirlər ki, qəpikləri ona görə qəbul etmirlər ki, sonra sərnişinlər də bu pulları götürmür. Bəzi sürüclər isə xırda pulları qəbul etdiklərini sonra isə marketlərdə böyük nominallara dəyişdiklərinin bildirirlər. Gəncə avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarəsindən bildirilib ki, sürücülərin belə hərəkətləri yol verilməzdir. Deyilən fakt aşkarlanarsa sürücü işindən uzaqlaşdırıla bilər. İdarə rəsmisi bildirib ki, bu barədə sürücülərlə söhbətlər aparılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?