Onlar avtobuslarda qoyulmuş aparatla istədikləri kimi davranırlar
Bakının sərnişin avtobuslarının sürücüləri mərkəzi nəzarət sistemindən yayınmağın yolunu tapıblar. Milli.az-ın məlumatına görə, sürücülər onlara nəzarət olunmaması üçün avtobuslarda qoyulmuş aparatla istədikləri kimi davranırlar.
Belə bir fakta 213 saylı marşrut avtobusunda rast gəldik. Həmin avtobusda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) monitoru işləmir. Sürücülərdən öyrəndik ki, onlar özləri monitoru söndürürlər və bu yolla da nəzarətdən yayınaraq sərbəst olurlar.
NİİM-dən bildirilib ki, 213 saylı avtobusda sürücü tərəfindən nəzarət aparatına müdaxilə edilib. Bunun nəticəsində aparatın kabeli zədələnib və sistemə cərəyan gəlmir. Mərkəz bu halın bilərəkdən və ya bilməyərəkdən baş verməsini müəyyən etmək üçün araşdırma aparır. Bu kimi problemlərə rast gəlindiyi vurğulanıb.
Sorğu
Yeni dizaynımız necədir?