Dəyəri 9500 dollar olan 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri sizi şoka salacaq. VIP Escort MMC-nin direktoru Rəşad Quliyev feysbookda paylaşdığı statusda bildirib ki, Dövlət Gömrük Komitəsinin elektron kalkulyatorunda apardığı kiçik araşdırma zamanı dəhşətli nəticə əldə olunub. Məlum olub ki, 9500 dollarlıq (16 min manatlıq) 5.7 mühərrikli bir avtomobilin ölkəyə gətirilən zaman ödənəcək gömrük və vergi xərcləri 80 min 840 manata başa gəlir. Buraya aşağıdakılar daxildir:
Aksiz vergisi – 59120 manat Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsumu – 6775.47 manat Əməliyyat haqqı - 100 manat Vəsiqə haqqı 20 manat ƏDV 14790 manat 13 qəpik Elektron gömrük xidmətinin göstərilməsinə görə - 30 manat Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV – 5 manat 40 qəpik Cəmi: 80840 manat 99 qəpik. Rəşad Quliyev daha sonra müqayisə üçün yazıb ki, Amerikadan idxal olunan 9500 dollarlıq avtomobilin (yol xərci daxil) Almaniyada idxal gömrük rüsumu 10% + 19% əlavə dəyər vergisi =29%-dir. Bu da təxminən 2755 dollar edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?