Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin dövlət rüsumu 200 manat artıb. Adının çəkilməsini istəməyən avtomobil alveri ilə məşğul olan şəxsin sözlərinə görə, Gürcüstan Respublikasında 2000-ci ilin istehsalı olan “Opel” markalı avtomobili qonşu ölkədə təqribən 3200 ABŞ dollarına alırlar və 100 ABŞ dolları ödərək tranzit nömrə aldıqdan sonra Azərbaycana gətirirlər. Əgər əvvəllər yuxarıda qeyd olunan ildə istehsal olunan avtomobil üçün Azərbaycan gömrüyündə 3300 manat ödənirdisə, yanacağın qiymətinin artmasından sonra bu rəqəm 3500 dollara yüksəlib. Mənbənin sözlərinə görə, benzinin qalxmasından sonra dövlət rüsumunu ödədikləri gömrükdəki məsul şəxslər bu sahədə qiymətləri süni şəkildə qaldırıblar. Məlumatın nə qəqədr doğru olub-olmadığını bilməsək də, məsələ ilə bağlı Gömrük Komitəsinin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Yeni dizaynımız necədir?